Çaldıran qisası
Aysel Abdullazadə tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 17:11 07 dekabr 2015 tarixində əlavə olunmuşdur

Şah İsmayılın Çaldıran döyüşündəki ağır məğlubiyyətindən 100 il sonra Şah Abbas Səfəvi imperiyasının itirdiyi torpaqların çoxunu osmanlılardan geri aldı.

Məhz buna görə, Şah İsmayılı ən böyük Səfəvi hökmdarı hesab edirlər. Bu şanlı qələbələr yalnız orduda köklü islahatlar sayəsində mümkün olmuşdu. Şah Abbas islahata orduda qızılbaşların mövqelərini zəiflətməklə başlayır. O, müsəlmanlığı qəbul etmiş əsirlərdən - qulamlardan ibarət qoşun hissələrini artırır.

Gürcü, çərkəz qulamlar arasından komandirlər də təyin edilir və Şah Abbas tədricən saraydakı mühüm vəzifələrdə də qızılbaşları qulamlarla əvəzləməyə başlayır. Məsələn, əslən gürcü olan Allahverdi xan (Undiladze) qulam qoşununun rəhbəri idi. Şah Abbas onu həm də zəngin Fars vilayətinin rəhbəri təyin etmişdi. Qulam qoşunlarının sayı 40 minə çatdırılır, onlar qızılbaş dəstələrindən fərqli olaraq birbaşa Şah Abbasa tabe idilər.

Şah Abbasın ordu islahatı on il davam etmişdi. Qulam qoşunu tərkibində 15 minlik süvari hissələri vardı. Bu o dövrdə dünyada ən böyük süvari hissələri idi. Bundan başqa ayrıca artileriya hissələri yaradılmışdı.

İslahatların gücləndirdiyi ordu ilə Şah Abbas əvvəlcə Xorasanı özbəklərdən geri alır. Şah Abbasın rəhbərliyi ilə Məşhəd və Heart da tutulur. O vaxtacan Səfəvilər Osmanlı ordusuna qalib gələ bilməmişdilər. Şah Abbas osmanlı elçisi vasitəsilə sultana sərt tələblər irəli sürür, amma müsbət cavab gəlmədiyi üçün səfirin saqqalını qırxıb İstanbula yollayır. Bu, Osmanlı imperiyasına müharibə elan edilməsi idi. Səfəvilər əvvəlcə Nəhavəndi, daha sonra onilliklərdi osmanlıların əlində olan Təbrizi alır. Təbrizin alınmasında Səfəvi artileriyasının böyük rolu olur. Bunun ardınca Qafqazın böyük hissəsi Şah Abbasın hakimiyyəti altına keçir, onun ordusu Kabardin-Balkara qədər gedib çıxır.

1618-ci ildə 50 minlik osmanlı ordusu Təbrizi tutur. Şah Abbas özü qəsdən şəhəri təhvil verir, özünü uduzmuş kimi göstərir. Qələbədən quhlanan osmanlılar dərhal Ərdəbil üzərinə gedirlər. Şah Abbasın istədiyi də bu idi, o, osmanlılara tələ qurmuşdu, onun 40 minlik qoşunu pusquda idi. Yolda pusquya düşən Osmanlı ordusu darmadağın edilir. Şah Abbas hətta Bağdadı da osmanlılardan almağa nail olur.

Qəndəharı da moğollardan alandan sonra Şah Abbasın hakimiyyəti altında olan torpaqlar Hind çayına qədər uzanmış olur. Məhz onun hakimiyyəti dövründə Səfəvi İmperiyası ən qüdrətli erasını yaşayır. Şah Abbasın ləqəbi “şahənşah” (şahlar şahı) idi.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+26=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0259 saniye