Çariça Tamar
Ülfət Cavad tərəfindən "Məşhurlar" bolməsinə 19:47 08 yanvar 2016 tarixində əlavə olunmuşdur

Gürcüstan çariçası Tamarın ( həmişə rus tərzində Tamara adlandırılmışdır) nə vaxt anadan olduğu hələ də dəqiq bilinmir.

 Amma təxminlərə görə, onun  1165 və ya 1166-cı illərdə dünyaya gəldiyi ehtimal olunur.Tamar anasını çox erkən yaşlarında ikən itirmişdi. Onu xalası Rusudan tərbiyə edib böyütmüş və çox yaxşı təhsil və tərbiyə almışdır. Tamarın  atası çar III Georgi özünün ağır xəstə olduğunu və tezliklə dünyasını dəyişəcəyini hiss etdikdə taxtını ona verir. Bu zaman Tamarın heç 20 yaşı tamam olmamışdı. Həm də o, çar III Georginin yeganə övladı idi. Bir də ki, Gürcüstan tarixində ilk dəfə idi ki, taxtda qadın otururdu.

Tamar taxta oturduqdan lap az sonra onun atası dünyasını dəyişir və o, ölkəni təkbaşına idarə etməyə başlayır. O, ölkəni çox cəsarətlə və ədalətlə idarə edir və tez bir zamanda xalqın sevgisini və hörmətini qazanır. Müdrik gənc çariça haqqında xoş xəbərlər tez bir zamanda ətraf ölkələrə də yayılır.

 Deyilənlərə görə, Tamar çox yaraşıqlı, cazibəli, ağıllı, hündür boylu, iri qara gözlü, çox şirindilli, yüksək səviyyədə danışıq qabilliyyəti olan, vüqarlı, qürurlu və çox qabiliyyətli bir xanım olmuşdur.

 O zamanlar Tamara bir çoxlarının elçi düşməsi haqda söz-söhbətlər gəzirdi. Belə ki, Tamara Bizans şahzadələri, Suriya sultanı, hətta İran şahı da elçi göndərmişdir. Amma Tamar  yalnız  Böyük knyaz Andrey Boqolyubun oğlu Yuriyə öz razılığını vermişdir. Tarixi mənbələrdən belə məlum olur ki, Tamarla Yurinin nigahının arxasında siyasi məqsədlər dururdu  və onun  ərinə qarşı heç bir hissi yox idi.

 Tamarla Yurinin toyu 1188-ci ildə baş tutur. Ərinin əyyaşlığına və əxlaqsızlığına Tamar 2 il dözə bilir, boşanmaq qərarına gəlir və Yurinin Gürcüstanı tərk etməsini istəyir. Hiddətlənmiş knyaz Yuri birbaşa Konstantinopola yollanır və orada ordu toplayıb Tamarın üstünə hücum çəkir. Döyüşü uduzan knyaz Yuri kor-peşman Rus ölkəsinə qaçır.

  Tamarın hakimiyyəti dövründə Gürcüstan çiçəklənmiş, inkişaf etmiş, varlı bir dövlətə çevrilmişdir. Xalq Tamarın şəninə mahnılar oxuyur, dastanlar qoşurdu. Onun müasirləri onu çariça deyil, çar  hesab edirdilər. Tamar ölkədə qalalar tikdirir, yollar saldırır, gəmilər düzəltdirir, su xəttləri çəkdirir, məktəblər tikdirirdi. Bir sözlə, ölkəni abadlaşdırmışdı. Məşhur filosofları, şairləri, alimləri, tarixçiləri, ilahiyyatçıları tez-tez sarayına dəvət edər, onlarla saatlarla söhbət edərmiş. Bir dəfə məşhur şair Şota Rustaveli də onun dəvətlisi olarkən, elə ilk gördüyü andan çariça Tamara bir könüldən-min könülə vurulur...

  Təxminlərə görə, Şota Rustaveli yazdığı “Pələng dərisi geymiş pəhləvan” poemasını məhz çariça Tamara vəsf eləyib. Yəni ki, poemada olan qadın qəhrəmanların hamısındakı o yaxşı xasiyyət və xüsusiyyətlərin hamısı məhz çariça Tamara məxsus olub. Hətta  poemasındakı baş qadın qəhrəmanını şair birbaşa çariça Tamara bənzətmişdir. Amma bu açıq-aydın başa düşülməsin deyə şair hadisələrin guya, Hindistan və Ərəbistanda cərəyan etdiyini yazmışdır.

 O zamanlar gəzən söz-söhbətlərdən belə məlum olur ki, Şota Rustaveli çariça Tamaranın istəklisi, məşuqəsi olub. Amma tarixi mənbələr bunun tam əksini göstərir. Belə ki, Şota Rustaveli çariçaya aşıq olmuş və şair bu sevgini ömrü boyu qəlbində daşımışdır, çariça tərəfindən sevgisinə heç bir qarşılıq almadan. Əslində isə Şota Rustaveli çariça Tamarın şəxsi xəzinədarı olmuşdur.

 İllər ötürdü. Çariça Tamar varis haqqında düşünmək məcburiyyətində qalmışdı və nəhayət ki, seçim edərək qərarını vermişdi. O, o zamanlar çox cəsur sərkərdə kimi tanınmış osetin knyazı Soslaniyə ərə getməyi qərarlaşdırmışdı. Knyaz Soslani sonralar Gürcüstanda David adı almışdı. Soslanini çariça Tamar uşaqlıqdan tanıyırdı o, həm də sınanmış bir dost idi

 Bu evlilikdən 1 il sonra çarica Tamarın bir  oğlan övladı dünyaya gəlir və uşağa atasının adını qoyur – Georgi. Az bir müddət sonra çariçanın ikinci - qız övladı dünyaya gəlir. Qızına isə xalasının adını qoyur – Rusudan.

 Knyaz Soslani ilə çariça Tamar evlənən zaman, Şota Rustaveli sarayda tutduğu xəzinədar işini ataraq sarayı tərk edir və daha sonra Gürcüstanı tərk edərək, qürbət ölkəyə üz tutur.

 Çariça Tamar 18 yanvar 1212-ci ildə ağır xəstəlikdən dünyasını dəyişmişdir. Çariçanın vəfatından sonra Gürcüstanda hər sahədə gəriləmələr başlayır və Gürcüstan öz qüdrətini tamamilə itirir. Ölkədə monqol-tatar əsarəti, sonra isə  turk istilaları başlayır.

 

 


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
10+18=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0243 saniye