Çarşablı
NİKOLAY tərəfindən "Hekayə" bolməsinə 05:54 04 oktyabr 2015 tarixində əlavə olunmuşdur

II hissə

Xisləti murdar ola-ola, möhürə iman gətirən dindarlara, lənət olsun !!!

Çarşablı

***

Axund İlğım İşartı qana boyanmış əlləriylə “Haramzadə” məscidinin həyətində yerlə sürünürdü. O, qanı axmasın deyə var gücü ilə sağ əlini bıçaq zərbəsindən yırtılmış yarasına dayamışdı. Çarşablı  bıçağı onun bədəninə elə saplamışdı ki,  ucu iti bıçaq birbaşa onun mədəsi ilə qara ciyərinin mərkəzi hissəsinə batmışdı. Al qırmızı insan  qanının rənginə adətkar olan Çarşablının bıçağı  Ölüm Naminə Seçilmiş  Qurbanın bağırsaqlarını  darmadağın  eləmişdi. O, yerlə süründükcə  torpağın üzərinə axan qan damcıları  yavaş-yavaş  qara ləkəyə çevrilirdi. 

***

Yalvarıram kömək eləyin! - deyə axund  İlğım İşartı  eyni sözü durmadan təkrarlayırdı. Onun bədəni  təpədən-dırnağa qədər qorxu içərisində idi.  Boğazından  parçalanmış  orqanlarının  qanı  yerə  axırdı. “Haramzadə”nin  axundu  yerlə  sürünə-sürünə dəstəmaz alınan çeşməyə  özünü  çatdırmaq üçün can atırdı. Amma, onun  nəfəsi getdikcə daralır, boğazındakı  xırıltılı ritmlər də çoxalırdı. Çarşablının əliylə  “Əcəl zəngi” axund İlğım İşratı üçün çalınırdı. 

***

Nəhayət ki, Çarşablının qurbanı  sol əlini çeşmənin ilk pilləkanına toxundura  bildi. O, ilk cəhdində  əlinin beş barmağı ilə pilləkana iz qoydu. 

- Əclaf, gəbər! – deyə Çarşablı  sağ əlindəki  bıçağı  sol əliylə birgə  möhkəm sıxa-sıxa əllərini  çəngəlsayağı kipləşdirərək başından yuxarıya  qaldırdı, habelə   daxilindəki nifrəti  cilovlaya bilmədiyi üçün  var gücü ilə bağırmağa başladı:

- Sənə ölüm haqdır. Sənin kimi insanlar ölməlidir, tezliklə,  - deyib Çarşablı əlindəki  bıçağı onun ağ ciyərinin orta nahiyəsinə  sancdı. 

***

Axund İlğım İşartı bu zərbə ilə canını tapşırmaqla məşğul idi. Çarşablının hirsi soyumamışdı.  O, bir daha, yenidən, təkrarən onun ölümünü diləyirdi.  Ölüm Naminə Seçilmiş  Qurbanın  əlləri sonuncu dəfə  idi ki, çeşmənin pilləkanlarına toxunmuşdu. 

***

Çarşablı istəmirdi ki, o tezliklə gəbərsin:

- Ölmə şərəfsiz, ölmə. Alçaq, binamus, gəbərmə. Hələ ki sənin bu dünyada cəzan bitməyib, ölməəə... - deyə Çarşablının hirsindən bütün  bədəni əsirdi.  Əllərindəki  qara rəngli əlcəkdən belə onun əllərinin nifrət dolu hirsindən əsdiyi açıq-aydın biruzə verirdi:

- Murdar leş, iyrənc cəsəd, pis qoxu yayma bu dünyaya, ölmə, - deyib Çarşablı onun qulağına axırıncı sözlərini pıçıldayırdı:

- Gəbəəər, ööölll, Şiə köpəkoğlu. Şiələrin adını ləkələyən qeyrətsiz,  - deyib Çarşablı bıçağını  onun kürəyindən ova-ova geri  çıxartdı. O, qəfildən bıçağıyla  axund İlğım İşartının başını kəsdi. Kəsilmiş başın gövdədən ayrılaraq, yerə düşməsi imperiyaları süquta uğramış sərkərdələrin  bir göz qırpımındakı çöküşünü xatırladırdı.

***

Çarşablı “Haramzadə” məscidinin həyətində  axund İlğım İşartının cəsədini ayaqlarından sürüyərək apardığı bir vaxtda “Allah Evinin” qübbəsindən 15 il bundan əvvəl  səs yazısı lentə alınmış  azanın sədaları  Azərbaycanın ən məşhur ilahiyyatçı-alimi  Vassem Bəyazın dilindən səslənirdi. Havanın zülmət qaranlığında, həm də ki  bu saatda səsləndirilən azan “Yatsı” namazının azanı idi.

***

Əzranın qisası alındı. O Əzra ki, “Haramzadə” məscidində təmizlik işlərindən cavabdeh idi. O, 2 həftə idi ki, axund İlğım İşartının  icazəsi ilə  burada xadiməçilik edirdi. Hər gün məscidin həyətini süpürür, sonra məscidin yaxınlığındakı  artezian quyusundan su gətirərək “Allahın Müqəddəs Evi”nin həyətini sulayırdı. Şərqin cənnəti  hesab olunan çəmənliyin əsrarəngiz görünüşünə xüsusi  qulluq eləməyə  çalışırdı. Həyətin künc-bucağında ot-alaq baş qaldıran kimi o, həmin ot-alağı peşəkar bağbanlar səviyyəsində  qayçılayırdı. “Haramzadə” məscidində dindarların ibadət  vaxtı olmayanda isə  Əzra  məscidin içərisini başdan-ayağa təmizləyirdi.  Dini kitabları səliqəli halda  bir kənara toplayırdı. Gün ərzində Əzranın  işi sona çatan kimi  “Haramzadə” məscidinin  həyəti  onun “Böyük Teatr Səhnə”sinə çevrilirdi. O, əsl bakirə qızlar kimi ayaq barmaqlarının baş ucunda təbiətin canına hücum eləyirdi. Özbaşına  şıltaq rəqsi ilə  ürəkdolusu  sevincini  kainatla bölüşürdü.  Allah Əzranın naz-qəmzəsindən elə qürrələnirdi ki. Heç dünyaya elə bir  usta yazıçı gəlməyib ki, həmin anda  Onun nurla dolu  obrazlı  simasını  cümlələriylə  olduğu kimi yaza bilsin. Allahın özü yaratmışdı onu, çünki.  Yazıçı  bunu necə bacarsın, axı.

***

Elə  axund İlğım İşartı da onun bu davranışlarına olan heyrətini gizlədə bilmirdi. İlğım İşartı  dindar olsa da, o, etiraf eləyə bilmirdi ki, ürəyinin dərinliyində Əzraya qarşı dəyəri pulla və ya başqa qiymətli  zinət əşyalarıyla  ölçülüb-biçilməyən  ölümsüz  sevgi toxumları cücərib.  

***

Əzranın həmişəki rəqslərindən biri nümayiş olunurdu. Bir gün Əzra yenə eyni buna oxşar rəqslərdən birini  məsum  təbiətin, laqeyd kainatın, ən əsas da  Allahın hüzurunda nümayiş etdirərkən İlğım İşartı “Haramzadə” məscidindən kənarda onu gizlincə seyr edirmiş. Əzranın valehedici rəqsi onu elə heyrətə gətirib ki, İlğım bixitiyar olaraq yerə çöməlib  qol  dirsəklərini dizlərinə  dayayaraq  Əzranı kipriklərini qırpmadan izləməyə başlayıb. 

***

Teatr səhnələrində  gözəl qadınların tamaşaçısına çevrilmiş bütün kişilər həmişə  məsumiyyət libaslı  Kral təlxəklərinə bənzəyir. Belə kişilərin  gözləri sanki yalan dolu baxışlarla ətrafa tüpürcəksayağı virus yayır. Hədəqəsində özünə yer tapmayan göz bəbəkləri özəyi ilə birlikdə insan bədənindən xilas olmaq üçün vargəl eləyir.

Qılığından qurtulmaq amalı ilə çabalayan  qutsal orqan isə  ağ rəngli dəyirmi  halqanın mərkəzi hissəsindəki qara rəngli təbaşirlə xətlənmiş  dövrənin tam uc nöqtəsində mutiliyin  səbəbkarı  seçilir. Kişilərin nəzərində beləliklə qurşunla vurulmağa qıyılmayan  ilahə dünyaya gəlir.  Əgər bütün kişilər  hədəf  taxtasında  onu gülləyə hədəf seçsəydi, onda kişilərin daxili hissiyatı bədbəxtçiliklə  xoşbəxtçiliyin orta hissəsində  məhkumluğa düçar olardı. O zaman xoşbəxt kişi tapılardı mı, bu həyatda?! Əsla.

***

Kərbəla faciəsinin siyah lentli matəm günü yaxınlaşırdı,

Əhli-Beytin Əhli-Şiələri üçün. “Haramzadə” məscidində isə dindarların hər biri ayrılıqda Kərbəla faciəsinə məxsusi sevgi hisləri bəsləyirdi.

***

Məhz o gün  Əzra  “Haramzadə” məscidinin həyətində  yenə adəti üzrə  rəqs eləyirdi. Əzra öz dünyasına elə qapanmışdı ki, axund İlğım İşartının arxa tərəfindən  asta addımlarla gəldiyinin belə  fərqinə varmamışdı.  Şıltaq qız bunu o zaman bildi ki, artıq İlğım İşartı  sağ əlini onun sağ çiyninə toxundurmuşdu:

- Afərin, sən rəqs eləməyi də bacarırsan, deməli.

“Haramzadə”nin axundu gülümsəyərək, gözləri ilə Əzranın Qədim Çin ipəyi kimi  sərraf qaşlarını nəzərindən keçirdi. Elə bil ki, bu qızın qaşlarını Qədim Şərqin anadan istedadlı doğulmuş  nəqqaş ustaları ta dünya yaradılandan- ta ki onun dünyaya göz açdığı günədək gecəsini gündüzünə qataraq, incəbəincə usanmadan şəql 1 eləyib.

***

Əzra rəqsi ilə İlğım İşartıya yaxanladığı vaxt söz tapa bilməmişdi ki, onun  sadə sualını cavablandıra bilsin. O, elə heç nə deməmiş üzü utanc hissindən pörtmüş halda birbaşa “Haramzadə” məscidinin yuxarı mərtəbəsində qadınların ibadəti üçün ayrılmış  otağa qaçdı. Onu qınamaq olmazdı. Çünki Əzra tam səmimiyyəti ilə  mənəvi  əlbisəsini  ilk dəfə idi ki, yad bir insanın, özü də ki, yad bir kişinin gözləri önündə soyunmuşdu. Utancaqlığından dodoğının yanpörtü hissəsini  yanaqlarından gizlətməyə çalışaraq, üzünün hər iki tərəfini ağzı ilə dartışdırırdı. 

***

Axı hansı yazıçı  indiyədək hansısa qızın utancaqlıq ucbatından göz yaşına boğulduğunun şahidi olub? Nə Çarşablı, nə Nikolay, nə də ki, axund İlğım İşartının özü belə. Heç kim. Bakirəlik pətəyi ilə mükafatlanmış incə məxluqun nəcib gözəlliyindən xəbər verir, belə hallar, bəlkə də.  

***

O gün nə Əzra İlğımın, nə də ki, İlğım Əzranın gözünə görsəndi. O boyda məscid haramla halalın südlük qoynunda döş giləsi əmirdi. Sabah isə  həmişəki ədət olunmuş vəziyyət təkrarlanmadı, Əzranın timsalında.  O gün baş verdi, hər şey. Günlərdən hər hansı bir gün idi, amma hər kəsin həyatında  365 və ya 366 günün mütləq bir günü insan ürəyinin dərinliyində  bəzən  xoş təssürat, bəzən də pis anlar qismində  tarixçə yazır.  Hər zaman bakirə qızların bakirəliyi ilə vidalaşdığı  gün vardır. Kimi öz istəyi ilə, kimisi də  istəmədən.  Kimisi bilərəkdən, kimisi də bilməyərəkdən cinsiyyət dodaqlarını  kişinin cinsiyyət orqanının qurşağından aşağı hissəsində  alçaldır. Nə etsən də, nə etməsən də, nə vaxtsa müəyyən bir nüansın arzusu ilə yaşayır, insan. Damağında o dad qalır və dərk edir ki, o, bir daha belə mötəbər anla qarşılaşmayacaq.

***

Daban kirinə bənzər ləkələr ucbatından  çeşmənin dörd bir tərəfi  iyrənc vəziyyətə düşmüşdü.  Əzra əlindəki əski parçasıyla çeşməni ağuşuna almış  kirpası təmizləməyə çalışırdı, hərdən də  əskinin  çıxarmadığı kiri əliylə silib təmizləməyə cəhd eləyirdi.

***

Şıltaq qızın incə barmaqları sanki məşhur pianoçular kimi  çeşmənin  daşdan hörülmüş kiçicik sərdabəsində dövrə vururdu.  Əlin ilk dörd barmağı; - öndə olan ən uzun barmaqları çeşmənin canına hopmuş kiri təmizləməyə  çalışır, digər sonuncu barmağı isə sonda  möhkəmcə həmin kir-pasa məhkum olmuş hissəni  insan bədədinin fiziki gücü  hesabına dərindən silməyə vargəl eləyirdi. Səmada günəş kianata işıq saçdığı məqamı gözləyir, ay parçası isə çoxdan gündüzün işığına yaxalanmadan  masmavi buludların arasında gizlənmişdi. Bəzən insanlar günahlara  günəşlə ayın biri-birini əvəzlədiyi vaxt qovuşur, bəzən də yazarlar gecə ilə gündüzün biri-birini əvəzlədiyi anda əsas keçid nöqtəsinə diqqətlə gözlərini zilləyir ki, bəlkə o an ilham pəriləri istedadın qucağında zehinlərə təşrif buyursun. Hər kəsin beyni var, amma hər kəsin zehni yoxdur. Zehin də  sevgi kimidir. Sevgi də hər zaman eşqin qüdrətinə məğlub olur. Eynən yazar Nikolayın “Xanım N. üçün” qurub ərsəyə gətirdiyi  cümlələr topluluğu kimi, eynən yad bir bəndəyə “əbədi bağlanış” kimi.

***

Axund İlğım İşartı  gizlincə  Əzranın arxasında dayanaraq, əlini yenicə  dünyasını dəyişmiş  ruhların ədəbiyyətə qovuşan səssizliyi kimi  öncə sağ əlini asta-asta  səmada  bədəninin gövdəsi qədər  yuxarıya qaldırdı. Və O, elə bil ki bu saat əlini onun yanbızlarına toxundurmağının xəyalını yaratdı. Şəhvət hissi və ərəb dünyasının bəlasına çevrilmiş ehtiras imtahanı, onun timsalında bir daha  yer kürəsinə  yayılaraq, insanların gözü  önündə  görk qismində  təkrarlanırdı. Qısaca olaraq, bu o demək idi ki; mənim bəndələrim,  bu, görk olsun sizə. Yaradan indiyədək hər şeyin şahidi oldu və Ulu Varlıq yenidən insanlar üçün yeni  heç nə buyurmadı. Peyğəmbərlər belə artıq onun izni ilə dünyaya gəlmədi. Sonuncu dəfə Muhəmməd peyğəmbər  hüznlü halda Allahın hüzuruna qəmlənmiş göz yaşlarıyla qonaq getdi. Əlvida həyat və əlvida insanlar, deyə-deyə.

***

Hər şey bugün bitməlidir. Ya toxumlar cücərməli, ya da ağacların nazik budaqları  sərt küləyin təsirindən qopub  gövdəsinin alt hissəsinə düşməlidir. Ya hər şey xoşbəxtlik, ya da hər şey bədbəxtlik naminə  səmlaradan yerlərə zühur etməlidir. Lənət ki, bütün bunları İlğım İşartı düşünürdü.  Surətli və ard-arda. Nəhayət ki, İlğım  bütün şeytani cəsarətini  toplayıb sağ əliylə istəyini gerçəkləşdirdi. Əvvəlcə  sağ əlini Əzranın simsiyah rəngli yubkasının altından xəbərsiz şəkildə keçirməyi bacardı. Daha sonra sol əlini Əzranın  sol qolunun aşağı hissəsindən ötürməyi uğurla başa vurdu. O, qızın sivri döşlərindən və əlbisəsinin üzərindən gözəçarpan iri giləsindən birinə yaxınlaşdırdı. İlğım İşartı bir anlıq qucaqladı, onun sol döşünü, əlbəttə ki,  sağ əli  də ondan əvvəl öz işinə başlamışdı, Əzranın vücudunda. “Haramzadə” məscidinin həyətində bir anın içərisində  baş vermiş küləyin uğultuları haqq dünyasının bu olanlara etirazı idimi, yoxsa sadəcə bu olanlar onların ürəyincə idi? İlğım İşartı burnunun iki dəliyindən havaya sovrulan nəfəsini dayanmadan xərcləyirdi, Əzranın isə bu vəziyyətdə  bircə qullab nəfəsə belə ehtiyacı qalmamışdı.  “Haramzadə” məscidinin axundu onu bərk-bərk qucaqlayaraq, məscidin arxa tərəfindəki  birotaqlı mənzilə aparmaq üçün gücünü göstərirdi.  O mənzil ki, hörümçək torunun ucbatından yararsız hala düşmüşdü.

- Yalvarıram, eləmə! – deyə  Əzra boğuq səslə qışqırmağa çalışsa da, heç də dediyi cümlələr anlaşılmırdı. Qəfildən axund İlğım İşartı  Əzranı  qucağından yerə yıxdı, çünki öncə  məcburi halda işlənəcək günahın  qapıları bağlanmalı idi. O, əvvəlcə buna əməl elədi və birotaqlı mənzilin qapısını içəri tərəfdən kilidlədi. İnsanların nəfəsinə adət etməyən, bugünədək içi boş dörd divara adət etmiş mənzil indi bir kişinin qanunsuz əməllərinə və çarəsiz vəziyyətdə olan qızcığazın nakam taleyinə şahidlik eləyirdi.

***

Nə olar, eləmə!

Əzra hıçqıra-hıçqıra gözlərindən ona təcüvüzə harılaşan adama işarə vururdu. Axund İlğım İşartı heç nə demirdi, bircə cümlə belə olsa işlətmədi. Onun bədənini ehtiras hissi elə bürümüşdü ki, artıq abır-həya da unudulmuşdu. Bayırda sükt idi yoxsa topa halında birikləşib üsyana  hazırlaşan  qasırğa abu-havası var idi? Bilinmirdi, çünki hər şey birotaqlı mənzilin içərisində yadırğanmışdı. 

***

O, Əzranın nazik tüldən tikilmiş donunu  var gücü ilə  yırtmağa başladı. Əvvəlcə onun yırtılmış dondan bayıra çıxmış bəmbəyaz rəngli döşləri təcavüzkarı daha da şəhvətləndirirdi:

- Hsss..

Əzranın  döşlərini bayırda görmüş  İlğım İşartının  saralmış dişlərinin arasından fəzaya hopan sızıltı  onun damaqlarında şərbət dadı verən tüpürcək topaları yaradırdı. Tüpürcək  yastı dilinin vasitəsilə  qırtlağına qədər süzülürdü. Təəssüf ki, birnəfəsə udqunmaq  fərasəti   bütün kişilərin yeganə  əlacı hesab olunur.

***

Üzüyola dənizin qudurğan dalğaları  dənizin dərinliyində kök salmış yosunları sanki  sahildəki qumsalların üzünə çırpırdı. Üsyan eləməyə məcbur qalmış  dalğalar qayaların bəndinə beşbarmaqsayağı iz qoymağa çalışırdı ki, bəlkə  kobud əlləriylə  gövdəsi yetərincə sərt olan “Haramzadə” məscidinin axundu İlğım İşartının  qolları arasından Əzranın təcüvüzə məruz qalmış uzun saçının hər bir teli xilasa nail olsun. Acınaqlıcısı odur ki, Əzra əlacsızlıq ucbatından  ayaqlarını belə tərpədə bilmirdi. 

Qızcığazın göz bəbəkləri duzlu göz yaşına qərq olmuşdu.

Bunun fərqinə varmayan  İlğım İşartı isə  həmin vaxt Əzranın  cinsiyyət dodaqlarını ləzzətlli şəkildə yalamaqla məşğul idi.   

***

Niyə, qınayırsınız  yazarı? Duzlu göz yaşları, məgər insan nurunu həbs edə bilməz? Bəyəm duzlu göz yaşı üzün hər iki sifətinə su arxı kimi axa bilməz? Sizcə, Xanım N. üçün şeirlər yazan Nikolay Çarşablıya səbəb  gələcəyin ünlü yazarı ola bilməzmi? O ki, Nikolay üçün unudulmaz qadındır, daha doğrusu misilsiz xanımdır. Çarşablının belə bir xanımı olubmu? Bəlkə də... Amma hələ ki bunun nə zamanı, nə də ki yeridir. Sadəcə Nikolay Xanım N. üçün-ü ümidsiz halda  gözləyən birisidir, o da belə bədbəxt yazarlardan biridir, təəssüf ki.O, nə eləyə bilər ki.

***

Günahların iyirmibirinci dəqiqəsi idi. Hər şey heç nəyin qurbanına çevrilmişdi. Eynən Nikolayın fəlsəfəsi kimi. Sonuncu dəqiqədə  İlğım İşartı Əzranın bətninə spermasını  boşaltmışdı. Bundan sonra nələr baş verəcəkdi, onu Allah belə bilmirdi, məncə. Əlbəttə ki, “Haramzadə” məscidinin axundu özünün daxili imanına, habelə şiəlik əqidəsinə xəyanət eləmişdi. Əsl şiə mənsubu belə hərəkətə yol verməzdi axı. Deməli indi  susmağın və susquluğun əsl zamanıdır. Növbə düşünməkdədir. Ola bilər ki, axund İlğım İşartı iblis cildinə girmiş  məxluqdur.

***

Artıq  günah sona çatıb. Bunu İlğımın hazırda birotaqlı mənzildəki yoxluğundan açıq-aydın görmək olur. Daha daxili əzab da, mənəvi izdirab da yoxdur. Öldü, əcəlsiz, əslində öldürdülər. Əzranın qapının ağzında dizlərini yerə qoyaraq hönkürtü ilə ağlması bunun əsl sübutudur. Bu gün yenə hava qaralacaq, axşamçağı, daha sonra gecənin zülməti Əzranın  nakam taleyinə  qonaq gələcək. Bəs, onda o, nə cavab verəcək? Bircə cümlə ilə:

- Heç  nə.

***

O gün yenidən “Haramzadə” məscidinin qübbəsindən səsləndirilmiş  azan sədası  Maşa rayonunun  Zambara kəndini ağuşuna almışdı. Zambaranın  dindarları məscidə axın eləyirdi. Təktük halda məscidə möhürsüz gələn dindara rast gəlmək  olardı.  Eləsi də  var idi ki, cibində 4-5 möhür gəzdirirdi. Kütləvi namazdan sonra “Haramzadə”də ciddi müzakirələr  ayaq açmışdı.  Yayılmış  söz-söhbətlərdən belə anlamaq olurdu ki,  bu il  Zamabara kəndində  keçiriləcək  dini yığıncağa İrandan  “Bəsirəti açıq olan” Şeşbeş ağa qonaq gələcək. Sanki  yayılmış  xəbərin peşmançılıq  hissini yaşayan  dindarların dedikləri  Zambaranın  səyqulam  sakini  Dilavər Dilxəndanovun dilində zarafata  çevrilmişdi:

- Ay millət, bu il Zambaraya bəsirəti deşik olan  İki Sallanan Bir Tullanan qağa qonaq gələcək!

Dilavər  kəndin mərkəzi hissəsində əlləriylə əhalini haraylayırdı.

- Səy oğlu, səy. Bəsdir də. Bəsdir də bizə lağ elədin. Sənin ölümün gəlib deyəsən.

Elə bir ağızdan şiə  dindarlar onu sərt şəkildə qınayırdı. 

Dilavər Dilxəndanov  isə  belə hədələri  eşidən kimi  o saat  bədahən şeir  deməyə başlayırdı:

o imperiyadır, o ölkədir

yer üzündə İslamı qoruyan...

əski Osmanlıdır, Türkiyə  Cümhuriyyətidir

islamiyyətin bətnində doğulan

... beşiyində böyüyən...

nə böyük bəlakı

çürük çərəz qabığı qalıb bizə

...İrandan...

***

Bu kimdir belə?

Türkiyənin qosqocaman  İstanbul  şəhərindən Maşa rayonunun Zamabara kəndinə qonaq gəlmiş dünyaca məşhur şair  Zürriyyət Kamran Köşə bayaqdan yanında dayanmış “Haramzadə” məscidinin axundu İlğım İşartıya sual ünvanladı.

- Hiç salaqdır, kəndinə görə qonuşuyor, əfəndim.

- Salak olmasına salak ama şiiri güzel söylüyor.

Türk şairinin bu ifadəni işlətməsi sanki  İlğım İşartının   başına bir qazan qaynar su tökdü.

- Nasıl, əfəndim? Siz, salaq birisinin  alaylarına qıymətmi veriryorsunuz? 

O, elə bu sözü  demişdi ki, bir anlıq özünün Şair  Zürriyyət Kamran Köşənin qarşısında olduğunun fərqinə vardı. 

- Hayır, efendim. Yalnızca onun iyi şiir söylediyini dedim. Neyse... - deyib Türk Şair əl jestiylə qarşısındakı nəfərdən mövzunu yekunlaşdırmasına  işarə etdi.

- Düzgün deyirsiz elə nəysə, çox da irəli getməyək!

İlğım İşartı da söhbətin dərinliyinə getmədi.

***

Həmin gün  şair Zürriyyət Kamran Köşə gecəni  diri açdı, yuxu yata bilmirdi. Özü şair ruhlu olduğu  üçün Dilavər Dilxəndanovun şeiri də ona xoş gəlmişdi. Əsas o deyil ki, şeir hansısa dini əqidəyə ziddir, əsla. Əsas odur ki, o, bu gün  tanımadığı birisindən eşitdiyi şeirdə  əsaslı  maya, əsaslı  mahiyyət və əsaslı qayə tapmışdı. Səhər açılsaydı, o yenidən onu görə bilərdi, mütləq. Amma... Az geçmişdi ki, pəncərənin bayır tərəfindəki kandarından  Naməlum Bir Səsin  onu səslədiyini eşitdi.  Qulaqları çınladı, türklər demiş.

- Şair əfəndi, türk  abi!!!

Naməlum Bir Səs eyni sözləri təkrarlayırdı. Kimsə  əlindəki xırda daşla pəncərənin  köhnəlmiş şüşəsini  taqqıldadırdı. Pərcərəyə sərt şəkildə  vurulan xırda daşın ritmi şüşənin müxtəlif hissələrində cənazə marşının notlarını xatırladırdı.  Otaqdakı təknəfərlik çarpayı  pəncərənin baş ucuna yaxın yerdə olduğu üçün Şair Zürriyyət Kamran  Köşə qəfildən yatağından dimdik ayağa qalxdı.

- Kim O?  

Köşə əfəndi  Naməlum Bir Səsin ucbatından  şaşırmışdı.  Onun səs tonu  səksəkəli və həyacanlıydı.  Gecənin bu vaxtında onu  səsləyən  adam  kim  ola  bilərdi  axı.

***

O,  pəncərənin bir tayını ehtiyatla özünə sarı açdı. Bayırdakı həzin meh sadəcə pəncərənin künclərinə hopurdu. Evin  içərisinə bir ovuc hava belə təşrif buyurmurdu. Bütün bunlar  ruhsal qəlbə sahib olan bir şairin düşüncələrindən dünyaya göz açmış cümlələr idi, təbii ki.

- Kim O! 

Ev sahibi bayaqkı sualı yenidən təkrarladı. Daha doğrusu o evin ömürlük sahibi deyildi, əksinə müvəqqəti sakini  idi.

- Mənəm! Mənəm, Dilavər Dilxanədanov! Zamabara kəndinin səyqulam  adlandırılan  sakini  dilləndi.

Ev sahibi onu  yalnız  üzbəüz görəndən  sonra  dəqiq  tanıya  bildi.

-  Buyur, dinliyorum sizi, ne lazım size? Türkiyənin məşhur şairi çaşqın halda gözlərini Dilavərə zilləmişdi və  ondan əsas gəliş məqsədinin açıqlamasını gözləyirdi.

- Lütfən, çıxın gedin buralardan. Çoxdan  buralarda islamiyyət ağ ciyər xəstəliyinə tutulub!  

Naməlum Bir Səs Zambara kəndinin hazırki aqibətini təkcə bircə cümlə ilə ifadə etdi.

Dilavərin nəzərdə tutduğu vərəm xəstəliyi deyildi. O sadəcə bu cümləni şairanə düşüncə ilə işlətmişdi. Vərəmin sonrakı fəsadlarından olan kürək sancısı, ardınca daxili orqanların iflasını insanlara müjdələyirdi, o.

- Buralarda  sizi tezliklə ölüm qucaqlayacaq, lütfən rədd olun gedin!

Dilxəndanov bu sözləri sərt şəkildə onun üçün deyirdi ki, heç olmazsa Şair Kamran birdəfəlik buralardan küsüb getsin. İncik halda belə yox, ömürlük qəlbi buralardan sınsın.

***

Qaldı ki, vərəm xəstəliyinə. Əlbəttə ki, vərəmə yoluxmamış insanlar bu xəstəliyin daxili orqan acısını bütünlükdə dərk edə bilməz. Əvvəlcə iki-üç dəfə möhkəm öskürək insanın qırtlağına düzülür. Yeniyetməsənsə, sifətində yenicə sarı tüklər qaralmağa başlayırsa və sən də o tüklərin təraşını yenicə  nübar eləyirsənsə, deməli sənin bu günlük üzünü qırxmaq cəhdin yarımçıq qalacaq. Daha sonra topa halında qana boyanmış tüpücəyi burundakı çirklə bərabər yerə hayqırtı ilə tüpürürsən.  Məcburi şəkildə. Daha sonra can çəkişə-çəkişə ölümün ilkin mərhələləri ilə tanış olursan. Hələ ki hansısa qız uşağı və ya qadın bakirəlik dövründə və yaxud erkən yaşlarında vərəmdən  əziyyət çəkibsə, onda onların ailəsi bu xəstəliyi başqalarından ömür boyu gizli saxlamağa məcbur olur. Çünki o xanımların hələ  gələcəkdə xoşbəxtçiliyə doğru surətlə davam  edən gözəl  həyatı var. Oğlanlar və ya kişilər isə  vərəmin bədbin taleyindən az da olsa  uzaq yaşamağı bacarır.  Həqiqətən  vərəm qanı bakirəlik qanı kimi şəffaf və durudur. Ürəklə qusa bilmirsən, göy öskürək ömürlük sənin bəlana çevrilib çünki, yazar Nikolay.

 - Neden?! 

Şair Kamran bu sualı onu vermək əvəzinə ürəyində özünə ünvanladı.

Qaranlığın simsiyah rənglərində Dilavər Dilxəndanovun cüssəsi yoxa çıxmışdı. Onun arxasınca getmək də əbəs yerə olardı. Zatən onu qovan qovmuşdu. Getməyin vaxtı idi. Ya piyada ya da at belində.

Səhəri gün heç kim onu evində tapa bilmədi. Dilavər Dilxəndanovu da. Şaiyələrə görə, Zamabara kəndinin səyqulam sakini  İranın dini radikal qruplaşmasının sifarişi ilə öldürülmüşdü. Kənardan izləyəndə  bu o qədər inandırıcı görsənmirdi. Ona görə ki Dilavər Dilxəndanov evinin həyətindəki çardaqda asılı vəziyyətdə tapılmışdı. Amma niyə ki. Elə insanlar olub ki, onu məcburi asıblar. Adı da qalır ki, bəs  mərhum demə özünü asıb. Dəfnində belə hamı bir ağızdan həmişəki sözləri işlədib:

 - “Təki Allah sənin günahlarını əfv eləsin, Amin”. Belə baxanda kim bilə bilər  axı o mərhum necə olub ki, cismən diri olan bəndələrin qarşısında mərhuma çevrilib.

Beləcə bu cümlələrlə  Dilavər  Dilxəndanovun  həyatı  tamamlandı:

- Allah sizə lənət eləsin, xudmani din xadimləri !!!

- Allah sizi cəhənnəmə toplasın İslamı bölənlər !!!

- Allah sizi siz kimi eləsin, Zamabranın sakinləri !!!

Görəsən bu cümlələrə AMİN deyən olacaqmı? İnanılası deyil.

***

Eh istilər, eh soyuqlar. İnsan övladı nə vaxtadək yaz və payız fəsillərini  arzulayacaq?!   Maşa rayonu nə vaxt  yay aylarında istinin qucağından yerə enəcək?!  Hələ  Zambara kəndinin dərdindən heç danışılası deyil. Çarablının yaşadığı daxma  gündəlik  itlərin, pişiklərin, siçovulların məskəni idi, hətta belə vaxtlar da.

***

Bügənədək insan  üzüquyulu ölümə sarı öz  istəyi ilə addımlayıbmı? Gerçədirmi ki, insanın əlaçsızlığı, çarəsizliyi və zəifliyi onun bədbəxt  taleyini səmaların bətnində böyüdür? Ölüm insana lazımdırmı? Ölüm sonuncu çıxış yoludurmu? Əzra nə eləməliydi? Ölümə gedən yolda intiharımı seçməliydi? O məhz darısqal küçələrin birində özünə  səssiz-səmirsiz  künc seçmişdi ki, ara-sıra  qarşısından ötüb-keçən adamlar onun fərqinə varmasın. Əzra küçənin küncündə özünə ayrıca künc axtarırdı, bir ovuc  hönkürtü  ilə ağlamaq üçün.  Həqiqətən  bakirəliyi qətl olunmuş qızcığazın alın yazısı qələmdəki mürəkkəbin son çatması ucbatından vaxtsız yarımçıq qalmışdı. 

***

On yeddi yaşına yenicə  qədəm qoymuşdu.  İncə barmaqları çınqıl daşların üzərinə yenicə ayaq basırdı. Evlərin həyətyanı sahələrinin hündür  çardaqlarında tənəyin yarpaqlarına  təzəlikcə sərçələr qonub onun əndamına tamaşa eləyirdi. Hə, az qala yadımdan çıxmışdı. Dediklərim  Əzranın məxsusi vücuduna tərif deyil, sırf onun gerçək gözəlliyinə xasdır. Onun bəmbəyaz budları və sığal üzü görməyən baldırları  xayalarına hakim kəsilə bilməyən kişilərin  ümdə arzusu idi. Günaşırı  cinsiyyət orqanını oynatmağa adət etmiş oğlan uşaqları belə  hər gecə çarpayıda  yorğanın altına girərək, gizlincə  onun misilsiz  cazibəsini xəyal edib spermasını döşəyin üzərinə boşaldırdı. İndi  həmin ayaqlar künçənin bir küncündə bükülü vəziyyətdə idi. Əlləri də üzünü qapamışdı. Allahın insanlara qarşılıqsız bəxş etdiyi ürəkdolusu ağlamağı indi o, ürəyi istədiyi kimi qullanırdı. O künc ki, Çarşablının evinin tam qarşısı idi.

***

Əzra axşamı bu qapının önündə gecələmişdi. O, həmin gecəni o qədər ağlamışdı ki, gözündən axan duzlu göz yaşı sifətində ləkəli cığır açmışdı. O gündüzlərdir ki, gözəl qadınların  gözəlliyini şeytanın diliylə xisləti murdar kişilərə surətlə yayır. O gecələrdir ki, gözəl qadınların təcavüzə məruz qalmış bədənini mələklərin əliylə gizlədə bilir.  O vaxtki bir günlük də olsa heç nə üzə çıxmır.

***

Ağ rəngli pişik balası mışıl-mışıl  Əzranın ayaqlarına toxunarkən qızcığazın əti bir anlıq  irpənmişdi, həmin vaxt. Onun nazik  səs tonu ilə incə tərzdə qışqırığı Çarşablının  həyətdən bayıra çıxmasına səbəb olmuşdu:

- Sən kimsən?

Çarşablı  qarşısında  yerə çöməlmiş qıza  sual verdi. O, çarəsiz halda yerdə oturmuş qızcığazı müəmmalı şəkildə baxışları ilə  gözdən keçirirdi. Qızdan isə heç bir cavab eşitmədi.

Bəzən olur ki, insanların həyat hekayələri bircə cümlədən ibarət olur, bəzən də  insanların həyat hekayələrini qaralama halında yazılmış  təkrar cümlələr bezar eləyir. Əzranın həyatı da artıq qaralamaya çevrilmişdi. Həmin yazılar  yazıldıqca  üzərindən də  qələmlə möhkəmcə xətt çəkilmişdi.  Bu onun  taleyi idi,  təəssüf ki.

- İstəsən evə gəl, qorxma, məndən sənə ziyan gəlməz. – deyə Çarşablı sözünü  bitirib yenidən həyətinə daxil oldu. Hiss eləyirdi ki, axrasınca onun iki ayağından əlavə iki ayaq da onun asta addımlarını kölgə tək izləyirdi. Çarşablı gülümsəyərək daxmayabənzər mənzilindəki mətbəxə gəlib çatdı. İki stəkana çaydandan isti su tökdü  və sobanın üstündəki çaynikdən də üzərinə dəmlik çay süzdü. Qızcığaz isə hələ də ayaq üstə dayanmışdı.

- Əyləş, çəkinmə.  

Çarşablı ona stullardan birinə oturması üçün əliylə işarə etdi. Qızın  məsum baxışları isə  ürkək tərzdə onun dediyinə çoxdan  “yox” kəlməsi ilə  cavab vermişdi.

***

Çarşablının mənzili qəbr evindən fərqlənmirdi. O qəbr ki, insan oraya basdırıldıqdan sonra müxtəlif cürə həşəratlar iylənməyə adətkar olan cəsədlərin hər bir nahiyəsinə  icazə almadan hücum çəkir. Onun da ölülərdən fərqi yox idi. Diri-diri bu mənzildə basdırılmışdı. Özü özünü yumuşdu, özü özünün  duasını oxumuşdu və nəhayət özü özünü birdəfəlik  kəfənə bürüyərək, burada torpağa tapşırmışdı. Çarşablı əzabı  Qəbr əzabının üfunəti tək mənzilin dörd divarına hopmuşdu. Əlbəttə ki, axirəti səbirsizliklə gözləmək naminə.

***

- Gəl, bircə stəkan çay iç. Qorxma məndən. Mənki xortlaq deyiləm.

Çarşablının iti baxışları onun gözlərinin içərisində gizlincə səyahət eləməyə başladı. Cənnətin əsl görüntüləri həqiqətən onun qarşısındakı qızın gözlərində idi. O an  düşünəndə məlum olur ki, o biri dünyada cənnət deyiləsi mifik məkan yoxdur. Bu sadəcə dindarların hoqqabazlığıdır. Elə dindarların bütün fırıldaqlığını Çarşablının önündəki qızcığazın  gözləri  açıq-aydın  sübut  eləyirdi.

***

Mələklər danışırmı, ümumiyyətlə?  Günah çəlləyində hər gün çimən  mələk varmı? Mələklərin meyvə bağlarından Allahın nemətlərini dərmək üçün qarğılardan  hazırlanmış  səbəti  olurmu? Mələklərin nəfəsi varmı? Onların ürəyi döyünürmü? Onlar ürkək ceyran kimi düzənliklərdə təbiətin qoynunu tərk edib bir göz qırpımında sivri ayaqlarla qaça bilirmi? Yəqin ki.

***

Stəkanın dəyirmi hissəsi qızcığazın dodaqlarına elə toxunurdu ki, onun qırtlağına axan su damcıları  qullab-qullab boğazından mədəsinə süzülürdü. Udqunanda isə qaraciyəri və bağırsaqları  mədəsinin yolu ilə dərindən nəfəs almasına imkan verirdi və o anda sinəsində şişmiş boşluq onun döşlərinə məxsusi gözəllik bəxş eləyirdi.

***

 - İçirsən yenə?

Əllərini yanına qısmış qızcığaz  boynunu  aşağıya dikərək, “yox” deyib, başını astaca yırğaladı.

- Yat biraz, bax, oradadır çarpayı, qorxma, mənim də biraz həyətdə  işlərim var, onları başa vurum, sonra da dükanaaa...

Çarşablı sözünü bitirməyə çalışırdı ki, qızcığaz onun sözünü yarımçıq kəsdi.

- Yox, mən getməliyəm. – deyə, qızcığaz  yorğun səs tonu ilə kəskin şəkildə cavab verdi.

- Narahat olma, tez gələcəm,  bir tikə çörək yeyərsən, sonra gedərsən.

Çarşablının sözü yenidən yarımçıq  kəsildi.

- Gedirəm...

O, bu dəfə Çarşablıya  kəskin cavab verdi və Çarşablının daxmasından bayıra çıxmağa başladı.

***

Nə zaman kişilərin mənzilini gözəl və susqun qadınlar tərk edirsə, o zaman ilk məyusluq hissini dörd divarın timsalında bomboş otaqlar yaşayır. İçiboş stəkan, bəzən də yarımçıq içilmiş çay, habelə əllə toxunulmamış qənd qabı qadın bədəninin, qadın nəfəsinin həsrətini çəkməyə başlayır. Amma qadınların tərk edib getdiyi mənzillərdə  həmişə  qırıq-sökük stollar, yararsız hala düşmüş stullar olduğu kimi qalır.

***

Çarşablı dizlərini bükmüşdü. İbadətin acı izdirabını  indicə yaşamağa başlamışdı. Dizləri yerə çöməlmişdi. Deyəsən, bu gün incancın dəqiq mövcudluğu bərqərar olacaqdı. Bircə günün içərisində görüb-tanımadığı şəxs, ələxsus qadın onu tərk eləmişdi. Yenidən, hər zaman olduğu kimi köhnələr onunla birgə həyat sürməyə davam eləyirdi. İt, pişik, otaqdakı əşyalar və bir də quru bədən təkrarən təkliyə məhkum qalmışdı. Daha iki əlin insanı ovutmağı, ona təskinlik verməsi bəs etmirdi. Çarşablı artıq heç nədən qane olmurdu. Gözlərini yumub yenidən açırdı, açıq gözlərini bir daha yumurdu. Eyni hərəkətləri təkrar-təkrar təkrarlayırdı. Amma Çarşablı onu gözləriylə geriyə qaytarmağı bacarmırdı. Ümid təkcə ümidə qalmışdı. O ümid də ki...

***

Ağlamaq, həm də ki hönkürtü ilə ağlamaq üçün insan əzəldən möcüzəvi cəsarətə sahib olmalıdır. Doğuşdan deyil, sonradan da deyil. Həyatı yaşadıqca, qaçarkən yıxıldıqca, ölərkən dirildikcə ağlamağın cəsarətinə yiyələnmək lazımdır. Çarşablı indi döşəmənin üzərində dizlərini elə bükmüşdü ki, onun kənardan görünüşü  Allahın hüzurunda bəndələrin muti  səcdəsini xatırladırdı. Səcdəsayağı obraz həmişə xurşid dindarların gülməşəkərliyinə bilavasitə işarə olub.

***

Çarşablı alnını döşəməyə dayamışdı. Gövdəsi bütövlükdə durduğu yerin hakiminə çevrilmişdi. Kölgəsi belə Çarşablının özünə sığınmışdı.  Əlləriylə  gicgahını ovuclarının içinə almışdı, Çarşablı.  Ağlamaq deyildi, bu. Bir anın içərisində ürəyin dərinliklərində böyümüş sevgi hisləri də deyildi, bu. Bu sadəcə özünə inamın mücənnəməsi, özünə sadiqliyin atributu idi. Hələ ki ehtiras hissi  onun damarlarına yol tapmamışdı. Stəkan dolu soyuq su da  suluxlanmış  dodaqların  susuzluğunu  kəsə  bilmirdi. Ölüm çarə deyildi, illərlə yatağın bir küncündə əzrayıla ölmək üçün yalvarmaq isə çıxış yolu hesab olunmurdu. Əzrayıl onun canını indi ala bilməzdi.  Əzra geriyə dönməliydi. Çarşablını Əzrayılın qəddar pəncələrindən xilas eləməliydi.  O gəlsəydi, onda Əzrayıl da çıxıb gedərdi,  insan cildində və  gözəgörünməz ruh şəklində yalnızca xəyali dünyasına  geri  qayıdardı. Saatın əqrəbləri də heç nə olmamış kimi  eynən  yoluna  davam  eləyərdi.

***

Susqunluğun bətnindəki  qəddar vicdansızlıq  hökm etməyə başlamışdı. Ta ki Çarşablının  sol çiyninə naməlum əl toxunana qədər. Əvvəlcə astaca Çarşablının çiyninə toxunmuş  əl daha sonra onun çiynini taqətsiz halda sıxmağa  cəhd elədi. Səcdədən başını yuxarıya qaldıran Çarşablı öncə arxasındakı naməlum şəxsin kölgəsini önündə  açıq-aydın gördü. Həmin vaxt  çaşqınlıqdan duruxmaq sadəcə axmaqların peşəsi ola bilərdi. O bilirdi ki, odur.  Bayaqkı qızcığaz. On saniyənin içərisində  Çarşablı fikrində  hər  şeyi  nizamladı. Və geriyə dönmək yalnız bircə saniyə vaxt tələb edirdi: - Geriyə dönmək və  qəfildən ayağa qalxaraq, onun boynundan möhkəmcə qucaqlamaq daha cəsarət tələb etmirdi. Belə olmalıydı. Çarşablı  da belə etdi. İki yad bədənin eyni vaxtda biri-birinə sarılması ilə birgə iki yad kəsin nəfəsi birotaqlı mənzilin tənhalığını artıq qətlə yetirmişdi.  Hər iki  ağızdan çıxmış nəfəslər otağın boşluğuna sovrulmuşdu. Bəlkə də bugünədək o nəfəslər  ayrılıqda özlərinin seçdiyi nəfəslə qovuşmaq arzusu ilə yaşayırdı.  Və nəhayət ki, onlar da qovuşacaqlar, bir daha ayrılmamaq ümidi ilə.

***

Təbiətin canlı suvenirləri balerinasayağı dövrə vururdu. Küləyin  xəfif mehi qucağında  iri gövdəli ağacların zoğlu yarpaqlarına tozcuqlar hədiyyə gətirirdi.

Minlərlə qatili məlum olmayan yarpaq var ki, budağından qopub torpağın caynağına keçirdi.

Sübh çağı  Çarşablının mənzilinə qonaq gəlmişdi. Sürünərək qapıya sarı özünü yetirə bilmişdi.

***

... özünü yetirə bilmişdi, yarpağın yarısı yox idi.

- Yox burası alınmadı. “Yarpağın yarısı yox idi” cümləsi silinməlidir. Bura uyğun gəlmir.  Nikolay “Çarşablı”da həmin cümləni birdəfəlik  təcrid eləyir: “Yarpağın yarısı yox idi”. O, bu cümləni sildikdən sonra gözündəki eynəni çıxarıb  siqaret tüstüləri ilə özünü zəhərləməyə yollanır. Yerinfdəcə heykəl kimi donub qalmışdı, Nikolay.  Hirsindənəlləriylə saçlarını dibindən qoparmağa  çalışırdı.  Gah sol əliylə, gah da sağ əliylə saçından  bir topa tutub qüləzləyirdi2. Yer kürəsinin həzin melodiyaları onu deyəsən birdəfəlik  tərk eləmişdi.

- Niyə öldürdün onu? 

Nikolay düşüncələrində Çarşablıya sual verməyə başlamışdı.

- Kimi?

Çarşablı Nikolayın önündə  əyləmiş vəziyyətdə idi. Çarşablının  gözlərindəki  təəccüb dolu baxışlar kinli hikkələr ucbatından  vulkanın gur alovunu xatırladırdı.

- “Axund İlğım İşartını”.  Nikolay məyusedici tərzdə dilləndi.

- Özün məndən yaxşı bilirsən, niyə öldürdüm onu?!

Çarablı bu sözü dedikdən sonra  Nikolayın qarşısından  durub getmək istəyirdi.

- Mən sənə onu öldür demədim...  Nikolay güclə eşidiləcək səslə yenidən dilləndi:

 - Sən elədin, mən də sən elədiyin kimi yazmağa başladım, Çarşablı. 

Nikolay  qəfil hirslənərək yumruğunu  yazı masasının üzərinə möhkəmcə vurdu. Gözləri qan çanağına dönmüşdü.

O, utanc hissindən əlləriylə gözlərini qapamışdı. Çarşablını günahlandırırdı.

- Mən sənə heç vaxt deməmişəm ki, get, axund İlğım İşartını öldür, əclaf!  Nikolay özlüyündə deyinirdi.

Mən elə söz deməmişəm sənə. Məəən eləəə sööözzz deməmişəm sənəəəəə.  

Daxilindəki  hirsi Nikolayı boğurdu. Boğazı hikkəsinin caynağına keçmişdi. Hirsindən əlləri əsirdi. Ayağa güclə qalxdı. Çarşablının  yaxasını ələ keçirməyə çalışırdı. Amma təəssüf ki,  ilk cəhdi alınmadı. Təsəvvüründəki  Çarşablı gerçəkdəki  divara çevrilmişdi. Çarşablı ilk hücumdan xilas olmuşdu. Nikolay isə  əlləriylə  divarı boğazlamaqla məşğul idi. Çarşablının  qeybdən gələn səsi yazar Nikolayın gicgahındakı damarları şişirdirdi. Davamlı səs tonları onun  beyninin dərinliklərinə hakim kəsilirdi:

 - Boşuna hirslənmə. Məni sən yaratmısan. Sən necə yazmısansa elə də eləmişəm, yazdığın kimi yaşamışam, hələlik sağam ölüm günümü yazmamısan.  

 - Mən səni belə yaratmamışam.

Naməlum səslər ucbatından döşəmənin üzərində çabalayan Nikolay əlləriylə divarın küncünü cırmaqlayırdı. Onun əlləri qana boyanmışdı. Divardakı qan izi isə müqəddəs daş kitabələrin irsi deyildi.

- Sən Allah deyilsən, mən sadəcə sənin cümlələrində varam. Səkkiz hərfli addan ibarətəm.  Sənin yaratdığın Çarşablıyam.  Sənin yaratdığın...

Yenidən Çarşablının qeybdən gələn səsi  yazar Nikolayın əhvalını dəng eləmişdi.

 - Sən yazmasan mən heç nə edə bilmərəm. Necə ki, Allah izn verməsə sən  də bir addım belə ata bilməzsən. Eynən sən də mənim kimisən.

Çarşablının səsi ara vermirdi. Onun davamlı səs tonu  “Çarşablı”nın müəllifinin beynindəki hüceyrələrə zülfiqar qılıncı təki dayanmadan zərbələr endirirdi.

- Mən Allah deyiiiləəəm!

Yazar Nikolay hönkürtü ilə ağlayırdı.

- Mən sənin mutinəm.

Çarşablı bir daha yazar Nikolayın beyindəki daxili orqanlara hücum etmişdi:

- Sən də mutisən, Nikooolaaay, sən də...!

“Çarşablı” nın müəllifi artıq Çarşablıya  cavab verəcək bircə kəlmə də olsa söz tapa bilmirdi. Öz yazılarının əsiri olan müəllifin qəfildən gözləri hikkədən bərəldi. Var gücü ilə ayağa qalxaraq, gövdəsini bədəninə uyğun tarazladı. Tənginəfəs halda sağ əlini naməlum istiqamətə  tuşladı:

- Daha sənə icazə verməyəcəm kimisə öldürəsən. Bundan sonra əsla özbaşına heç kimi öldürə bilməyəsən. Əclaf!

Əlavə işlətmək üçün cümləsi qalmamışdı, yazar Nikolayın. Üç aydır ki, içkidən uzaqlaşmış “Çarşablı”nın müəllifi böyrəklərindəki kristal daşlarla mübarizə aparırdı. Xanım N. üçün yazdığı şeirlər belə indi onun heç də imdadına çatmırdı. Həqiqətən yazarların heç biri heç vaxt tənhalıqdan siğortalanmayıb, hələ ki bu tənhalıq qadınsızlıq ucbatından baş veribsə, deməli həyatda xoşbəxtlik naminə siğortalamaqdan söhbət gedə bilməz. Həyatı siğortası olmayan şəxslərdir, yazarlar.

***

Yazar Nikolay asta-asta addımlarla yazı makinasının önündə əyləşib “Çarşablı” nın ardını yazmağa başladı:

- Tükənmişəm, ölməyə halım qalmayıb. Özümü iyirmi illik ərindən dava-dalaşla boşanıb ata evinə qayıtmış dul və ifritə qadınlar kimi  hiss eləyirəm. Bilmirəm ki, peşimançılıq hissidir, bu, yoxsa... buna ad verə bilmirəm.

Yazı makinasındakı ağ list vərəqin üzərinə muncuq kimi ard-arda düzülmüş  cümlələr  növbəti  kağızın axırına çıxmışdı. 

***

Axirətin başlanğıcına oxşar olan bu dünyanın sonluğunda Əzra ilə Çarşablının aqibəti bəlli olmadı. Onlar  eləcə həmin evdə  birdəfəlik birgə yaşamağı qərarlaşdırmışdılar, deyəsən. Çarşablı Əzranın taliyini puç etmiş axund İlğım İşratının məhvini uğurla başa vurmuşdu. O, öz qətli ilə Əzranın az da olsa nakam məyusluğunu ovuda bilmişdi. Əzranın həyatında yegənə təskinlik məbudu idi, Çarşablı.  Maşa rayonunun Zambara kəndində isə matəm günləri daşa çatmışdı. Axund İlğım İşartının cəsədini tapmayan Zambara kəndinin sakinləri bir il sonra “Haramzadə” məscidinə İrandan Hacı Qartal adında bir nəfər möminin gələcəyi xəbərini eşitdilər.  Deyilənə görə, Hacı Qartal da biraz nağılbaz adamdır. Qonşu kəndələrin sakinləri belə deyirdi. Sakinlər həmin möminin xütbələrində nağılvari söhbətlər etdiyini söyləyirdi. Amma Hacı Qartal dindar şiə  qardaşlarına nağılsayağı moüzələr oxusa da, bu dəqiq mənbədir ki, onun əxlaqına söz ola bilməz.

***

Yazar Nikolay sonuncu vərəqi də qatlayıb digərlərnin üzərinə qoydu. O indi anlayır ki, bugünədək Allah onu nə səbəbə yaradıb. Əlbəttə ki, dünyaca  məşhur və oxunan yazar olmaq məqsədilə. O yazar ki, hər zaman həyat yoldaşının bircə kəlməsindən ehtiyat etməlidir. O söz ki, yazarlar üçün yaşamağın son dayanacağı və uçurumu ola bilər. Vəssalam, bununla da həyat sona çata bilər.

 - Sən yazıçı deyilsən, sadəcə xəyalpərəstsən.

 

 

Əlavə qeyd: “Haramzadə” sözünün mənası Zadəgan ocağı deməkdir.

Əlavə qeyd: Şəql 1  - ərəb dilindən tərcümədə - “toxumaq” mənasındadır.

Əlavə qeyd: qüləzləmək ­­­­2 – “dartmaq”, “dartışdırmaq” mənasındadır.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+20=
Hesaba giriş
Müəllif

NİKOLAY
Haqqında
21 dekabr 1989-cu ildə Gəncə şəhərində anadan olmuşam.
Əlaqə
Tel.:
0557603821
E-mail:
nikbin.qasimli@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0387 saniye