Çata bilmərsən
Ruslan Ələkbərli tərəfindən "Şeir" bolməsinə 02:30 01 iyun 2014 tarixində əlavə olunmuşdur

Gedibsə ömrünün gənclik qatarı,

Quş olsan yenədə çata bilmərsən

Fələk yükləyibsə dərd yükün sənə

Nə etsən çiynindən ata bilmərsən

 

Həsrətdən könlünün gülləri solar,

Eşitsə naləni dağlar kül olar

Gecələr qəlbinə bir hicran dolar

Su yatar sən isə yata bilmərsən

 

Yanarsan eşqinin qəm çırağına

Göz yaşın salacaq iz yanağına

Düşsəndə bir xoşbəxt gün sorağına

İzini, izinə qata bilmərsən


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
7+8=
Hesaba giriş
Müəllif

Ruslan Ələkbərli
Haqqında
http://edebiyyatisigi.com da redaktor.ADAU-nun 4-cü kurs tələbəsi. Həvəskar şair. "Mingəçevir leysanı" jurnalının bölgə muxbiri və sədir müavini.
Əlaqə
Tel.:
0558425352
E-mail:
ruslanelekberli94@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0197 saniye