Çəkməyəsən məni sorğu-suala...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 21:10 27 mart 2015 tarixində əlavə olunmuşdur

Çəkməyəsən məni sorğu-suala...

Çəkməyəsən məni sorğu-suala,
Özü də sualın necə sual a!
Qorxuram sel gələ,gəmim su ala,
Apara yad yerə,yad elə məni.
***
Uzaqdı səfərim,bu səngər ilə,
Ürəyim sıxıla,canım gərilə.
Dönməsəm,gözləmə,canım,gər ilə,
Hərdən xatırlayıb yad elə məni.
***
Mən orda tənhayam,sənsiz dünyada,
Mövludam,yenə də sən düşdün yada.
Yanıma tələsmə,gələrəm,ya da,
Röyanda arzula,ya dilə məni.

22.10.2014.Zərdabi.Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
7+33=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.11 saniye