Çərxi-fələk üz döndərib,
Şükr edirəm qədərimə.
Qəm-qüssəyə düçar oldum,
Qəmlənirəm kədərimə.
***
Dərd ömrümə yetər oldu,
Halım sordun,betər oldu.
Keçən günüm hədər oldu,
Ümidim yox səhərimə.
***
İncik düşüb neçə ildir,
Könlünü al,bir az dindir.
Göz yaşlarım gildir-gildir,
Boğuluram qəhərimə.
***
Susur,dinmir ürək,laldı,
Baxışları canım aldı.
Zülüm,zillət mənə qaldı,
Heyfim gəlir hədərimə.
***
Dedim yarə,Mövlud adım,
Pozulmazdı,əhdim,andım.
Cənnətə yol iki addım,
Mən hazıram səfərinə.
15.07.2014.Zərdabi.Mövlud Ağamməd.