Çinin Şindleri
Nigar Şahsuvarova tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 14:15 20 noyabr 2015 tarixində əlavə olunmuşdur

Yon Rabe (d. 23 Noyabr 1882, Hamburq - ö. 5 Yanvar 1950, Berlin)- alman iş adamı.

Yon Rabe II Dünya Müharibəsi əsnasında Çinin Nankinq bölgəsində 200.000-dən çox çinlinin həyatını qurtarmışdır. Yapon işğalı əsnasında Nankinq Təhlükəsizlik Bölgəsi və ətrafında meydana gələn qırğınlara qarşı müqavimət göstərərək istər bölgənin vətəndaş xalqı, istərsə də çinli əsgərlərinin yaşamaları üçün mübarizə edən Rabe alman “Siemens” şirkətinin nümayəndəsi olaraq Nankinqdə vəzifəli idi.

Şirkətinin öz yerinə təyin etdiyi vəzifəliyə baxmayaraq işini buraxmayıb döyüşün ortasında qalan işçilərə kömək etdi.

İşiylə əlaqədar olaraq vəzifəsi səbəbi ilə 1908-ci ildə Afrikaya gedən Rabe 1910-1938-ci illər arasında Çinə getdi. Burada “Siemens” adına Nankinq bölgəsinə elektrik çıxaran bir fabrik qurdu və çinli işçilər işlətməyə başladı. 27 il bölgədə qalan Yon Rabe və həyat yoldaşı şəhər bombardmanla qarşı-qarşıya qaldığında xarici ölkə vətəndaşları və diplomatlarının təşviqi və yoldaşlarının köməyi ilə yapon səlahiyyətliləri razı edərək "etibarlı bölgə"ni meydana gətirdi. Bu bölgədən məsul Nankinq Təhlükəsizlik Bölgəsi Beynəlxalq Komitəsi başçısı seçildi. 29 dekabr 1937-ci il tarixində nasist tərəfdarı yaponlar tərəfindən istefaya məcbur edildi. Eyni tarixdə əvvəl Şanxaya, oradan da Berlinə geri döndü.

Yon Rabe Almaniyada nasist düşməni çinlilərlə əməkdaşlıq etməklə günahlandırılaraq əlindəki bütün film, sənəd və mənbələrə əl qoyuldu. Gündəlikləri qadağan edildi. Gestapo tərəfindən nəzarətə alındı. Daha sonra bir müddət daha “Siemens” üçün çalışdı. Müharibənin sonunda, müharibədən əvvəl Nasist Partiyası üzvü olduğu üçün əvvəl ruslar, sonra da ingilislər tərəfindən sorğulanan Rabe 1946-ci ildə sərbəst buraxıldı. 27 il boyunca qazandığı təxminən 50.000 dollarlıq sərvətini də Nankinqdəki vətəndaşları qurtarmaq üçün xərcləyən Yon Rabe Çində xalq qəhrəmanı elan edilməsinə rəğmən 1950-ci ildə Berlində yoxsulluq içində öldü. 1997-ci ildə qəbri Berlindən Nankinqə gətirildi. Məzarı Nankinq soyqırımı üçün düzəldilən abidə bölgədə yerləşir. Bu gün Nankinqdə o illərdə oturduğu ev əslinə uyğun bərpa edilərək öz adıyla xatırlanan bir muzey halına gətirilmişdir. Yon Rabe adına "Barış və ünsiyyət mərkəzi" açılmış, heykəli ucaldılmışdır.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+21=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0372 saniye