Çırpınan mavi dəniz
ANAR. (ARLİN EDEN ) tərəfindən "Hekayə" bolməsinə 22:33 17 mart 2016 tarixində əlavə olunmuşdur

Yusif çırpınan mavi dənizə saatlarca  baxmağı  çox sevirdi. O, qaşlı-qabaqlı  insanların əlindən bezdikcə özünü rahat hiss etdiyi yerə mavi dənizin yanına qaçardı çünki mavi dəniz onun  tək dostu idi. Özünü ancaq orada rahat hiss edərdi sanki ona elə gələrdiki  qayalara çırpınan dəniz dalğaları Yusifə nəyisə demək istəyir bir gözəl füsunkarlığı vardı dənizin. Yusifin qəlbində gözəl bir akustika yaranırdı. Yusif bir il əvvəl avtomobil qəzasında valideyinlərini itirmişdi özü isə ağır yarlanmışdı və bir il komada qalmışdı, ayılanda isə o,gecədən bir il keçmişdi nə atası sağdı nə anası. Yusif isə tək qalmışdı həyatda hətta qohum–əqrabaları belə Yusifə arxa çevirmişdilər.Yusif tək qaldığını daha yaxşı başa düşürdü  və  anlayırdıki  onun heç kəsi yoxdur.Yusif xəstaxandan çıxanda sonra evlərinə getdi amma getdiyi yerdə başqa insanlar ilə qarşılaşanda təəccübləndi axı bura bizim evimizdir dedi, cavab isə çox çəkmədi bu evi bizə satıblar dedi, yaşlı bir kişi. Yusif təəccüb içində sual verdi bu necə ola bilər axı ?! kim sata bilər sizə evimi?! -Yaşlı kişi isə əvəzinə dedi, bu evi mənə Həsən satıb.Yusif  bu cavabdan sonra heçnə deməyərək arxasını çevirib dənizə tərəf getdi və saatlarca orada oturdu.O, gündən bəri Yusif üçün küçə həyatı başlamış oldu.Həsən, yusifin əmisi idi valideyinlərini itirdikdən sonra Həsən qardaşı oğlu Yusifə üz çevirmişdi. Yusifi öz himayəsinə almaqdan imtina etmişdi əvəzinə isə qardaşından alacağı borcu üçün Yusifgilin evini satmışdı. Yusif çox düşündü bu haqqda amma neyləyə bilərdiki artıq gedəcək bir yeri bilə yox idi. İçində üsyan edirdi hər kəsə qarşı niyə axı mən deyə cavabsız suallar verirdi özün amma cavab tapa bilmirdi  bu suallara.Yusif birazda oturduqdan sonra dənizin sahilində durub getməyə başladı amma hara gedəcəyini heç özüdə bilmirdi.Ürəyi qalmaq istəyirdi ayaqları isə qovurdu. Yusif uzun-uzadı küçələrlə ,tozlu prospektlərlə ağır-ağır addımlayırdı ,çox yorğun idi gecələmək üçün körpünün altında yatmağı qərarlaşdırdı Yusif özündən savayı xeyli uşaq gördü burada tək olmadığını bir daha yaxşı anladı və düşündüki həyat təkcə məni sınağa çəkmirmiş. Burada olan uşaqların talehidə heçdə mənim  talehimdən geri qalmırmış.Bu fikirlə yuxuya getdi, sabah-sabah səs küylü şəhərin qaşlı,qabaqlı  insanlarının səsi ilə yenidən oyandı amma ürəyində  kaşki oyanmaz idim deyə heyifslənmək keçirdi  bu şəhər Yusif üçün nəhəng akvariuma bənzəyirdi. Yusif isə tək tənha zəif bir balıq kimi hiss edirdi bu akvariumda özünü  və hiss edirdiki bu nəhəng akvariumda yem olacaq başqalarına.Yusif ac olduğu qədərdə susuz idi düşünürdü ki,  əgər yemək tapa bilməsə acından öləcək bunu üçün yerindən qalxıb addımlamağa başladı,amma hansı istiqamətə gedəcəyini belə bilmirdi onun üçün ancaq getmək idi məqsədi bir müddət getdikdən sonra hiss etdiki  getməyə halı qalmayıb elə bu zaman başı fırlanaraq özündən getdi. Gözünü açanda isə başının üstünü kəsmiş həkimi gördü və mən hardayam deyə sual verdi ?! Həkim isə sən xəstəxanadasan bala sən özündən getmişdin ,səni tapıb bura gətiriblər. -Sənin valideyinlərin hardadır ?! onlara xəbər verəməliyik.Yusif gözlərini həkimdən qaçırdaraq cavab verdi mənim valideyinlərim indi cənnətdədirlər.Həkimin gözləri doldu bu cavabdan sonra sənin heç kəsin yoxdu ?! -Yusif  xeyir hec kəsim yoxdu.-Sənin adın nədir əziz balam?Adım yusifdi.-Neçə yaşın var Yusif.-ondörd yaşım var.-Əziz balam sən indi dincəl biraz sonra gələcəm dedi və otağı tərk etdi həkim.Yusif gözünü tavana zilləyərək hər şeyi bir anlıq unutmaq istədi, ancaq bir əvvəl baş vermiş avtomobil qəzasını isə heç cürə unuda bilmirdi o, gecəni unuda bilmirdi,atasının dumanlı havada idarə etməni itirərək maşını ağaca çırpması nəticəsində ailəsini itirdiyini qəbul edə bilmirdi, inanmaq istəmirdi bu bir gecənin içərisində baş verənlərə amma anlayırdıkı artıq təkdi bu həyat adlı filmdə.Düşünürdü ki, həyatıma yazılan pozulmayan yazı idi.Hara gedəcəkdim kimə pənah gətirəcəkdim bilmirəm sanki iki qanadı sınıq amma yaşamaq eşqi ölməyən bir quşa bənzəyirdim yerdə uzanıb elə hey uçmaq uçun qanad çalırdım.Nə fayda axı mənim qanadlarım sınmışdı.Nə atam vardı nə anam  bu fikirlərlərin içində boğulduqca amma özümdə güc tapıb fikirlər burulğanında nəfəs almağa çalışırdım.Qəfil qapı açıldı və Yusifin səssizliyi pozuldu  əziz balam niyə fikrə getmisən dedi, həkim.-Yusif bayaq uşaq evindəki tanışlarıma zəng vurdum və sənin vəziyyətini onlara danışdım əgər razı olasan birazadan gəlib səni aparacaqlar. Yusif düşündü ki, elə ən yaxşısı budur getsəm yaxşıdır.-Həkim mən getməyə razıyam .-Yaxşı əziz balam gedim xəbər edim gəlsinlər ,səndə hazırlaş dedi və otağı tərk etdi həkim.-Yusif durub hazırlaşdı  beş dəqiqə keçməmiş həkim gəldi. -Sən hazırsan Yusif ?.-Bəli hazıram.-Onda gedək aşağıya birazdan gələcəklər dedi.Mən pilləkənləri düşə-düşə, düşünürdüm ki, yeni bir yerə gedirəm tək dosdum olan çırpınan mavi dənizdən ayrılıram, amma getməkdən başqa çarəmdə yox idi.Amma geri dönəcəkdim bu fikirlər beynimdə dolaşa-dolaşa xeyli xəyallara daldım elə bu zaman kimsə məni səslədi Yusif gəl bala, səni aparmağa gəldilər, məni səsləyən həkimidi.Mən maşına sarı addımlayaraq qabağa getdim və son dəfə həkimə baxdım,təbbəssüm edərək çox sağolun mənə görə etdiklərin üçün dedim. Və maşına mindim  yola düşdük  yol boyu ancaq beynimdəki düşüncələrlə vuruşurdum gedəcəyim yerin  necə yer olacağı haqqında belə təssəvürüm yox idi. Sadəcə uşaq evi olduğunu  və orada ancaq uşaqların olacağını bilirdim müxtəlif səbəblərə görə bir araya gələn mənim kimi yetim uşaqlar bu fikrlə gəlib catdıq uşaq evinə. Çatanda mən çəkindim maşından düşməyə amma bizi qapının ağzında qarşılayan tərbiyəçi düş bala qorxma burada sən təhluksəsizsən dedi, mən bu sözdən sonra biraz özümü toxtadıb aşağı düşdüm həyətdə xeyli uşaq vardı hərəsi bir oyun, oynayırdı bir an diqqətləri mənə cəmləndi hamsı  mənim başıma yığışdı mənə bir qəribə baxırdılar hər birinin gözündə bir kədər vardı, kim bilir hansı səbəbdən bura gəlmişdilər mən əminidim ki, heç bir uşaq bura öz xoşu ilə gəlməz, məcburiyyət qarşısında qalmışdılar tək çıxış yolunu isə bura gəlməkdə görürdülər necəki mənim gördüyüm kimi.Tərbiyəçi uşaqları dağıdaraq gedin oynayın uşaqlar dedi, bu sözdən sonra uşaqlar dağılışdılar tərbiyəçi sənin adın nədir deyə sual verdi, mən isə Yusif deyə cavab verdim sənin neçə yaşın var Yusif ?-Ondörd  yaşım var maşallah böyük oğlansan ki,indi isə gəl gedək sənə yatacağın yeri göstərim. Mən tərbiyəçi ilə bərabər yuxarı çıxdım , ikinci mərtəbədə böyük kolidorun sonunda uşaqların qalması üçün yataqxana vardı, biz yataqxanaya girdik üçüncü sıraya çatanda bax bura artıq sənin yerindir dedi tərbiyəçi.Təxmini bir ay öncə Hikmət adlı bir oğlanın yaşı tamam olduğu üçün  uşaq evini tərk etdi və bu onun yatdığı çarpayı idi.İndi bu çarpayı sənin yerindir indi isə biraz istirahət et axşam gəlib yemək saatı səni oyadacam dedi və getdi .Mən bir müddət çarpayıya  baxıb fikirləşdim vaxt gələcək necəki Hikmətin yerinə mən sahib çıxdığım kimi mənimdə yerimdə bir başqası sahib çıxacaq. Görəsən bir gün bu uşaq evləri deyilən bu yerlər tarixə düşəcəkmi ilahi ?! Mən çarpayıya uzanıb bu fikirlə yatdım xeyli bir müddət sonra kimsə məni səslədi. Yusif  oyan yemək saatıdır  mən gözümü açanda bayaqki tərbiyəçini gördüm mən ayağa qalxıb yeməkxanaya tərəf addımladım tərbiyyəçi ilə bərabər. Yeməkxanaya uzun kolidorun sağındakı qapıdan girdik tərbiyəçi ilə. Yusif qab götür get yemək al dedi tərbiyəçi .Mən qab götürüb yemək alıb bir küncdə oturub yeməyimi yeməyə başladım, amma anamın bişirdiyi yemək qədər dadlı deyildi.Yeməkdən sonra bizi yatmağa göndərdilər mən çarpayıya uzanıb bir xeyli düşündüm amma yata bilmirdim çünki gözlərimi yuman kimi fikirlər burulğanında itirdim.Çırpınan mavi dənizin sahilinə getmək  istəyirdim çünki özümü ancaq orada rahat hiss edirdim. Amma buradan çıxmağa icazə yox idi.Amma mənim tək gedəcəyim yer dosdumun yanı idi onun çırpınan dalğaları mənə çox şey demək istəyirdi qayalara çırpınaraq mənə nə demək istədiklərini başa salmağa çalışırdı. Atamda sağ olanda məni tez-tez  çırpınan mavi dənizin sahilinə aparardı. Mən özümü yalnız orada rahat hiss edərdim hətta atam deyərdiki mən körpə vaxtı ağlayanda məni dənizin sahilinə aparardı ancaq o, zaman sakitləşərdim bilmirdim bunun səbəbi nədir amma dəniz məni özunə çəkirdi.Bİr müddət vaxt keçmişdi mənim uşaq evinə gəlməyimdən amma getdikcə sıxıntım dahada böyüyürdü burada qaldıqca özümü qəfəsdəki quş kimi hiss edirdim. Gözlərimin rəngi dənizdən ötrü payız yarpaqları tək saralmışdı,çırpınan mavi dənizin sahilinə mütləq getməliydim  burada qaldıqca mən dahada pis olurdum çünki heç bir dosdum yox idi burada.Mənim tək dosdum vardı oda mavi dəniz idi.Bu  gecə buradan qaçacaqdım tək dosdum olan mavi dənizin yanına özümü çatdıracaqdım  onun sahilinə.Bu fikirlə axşamın duşməsini səbirsizliklə gözləyirdim və nəhayət gözlədiyim zaman gəldi mən gecə hər kəsin yatmasını gözlədim  və hər kəs yatdıqdan sonra isə yataqxanadan çıxaraq həyətə düşdüm, həyətdəki hasarı keçərək, küçəyə çıxdım və qaçdım özümü azadlığa çıxmış ruh kimi hiss edirdim sanki pərvazlanıb qanad çalacaqdım.Mən  dosdum dənizin yanına gedirdim ağlımda ancaq özümü dosdumun yanına çatdırmaq vardı. Mən qaça-qaça təxmini yarım saat yol getdikdən sonra nəhayət dənizi gördüm tez özümü onun sahilinə çatırdım mən çox xoşbəxt idim.Nəhayət dosdumla görüşə bilmişdim.Mavi dənizdə sevincli idi sanki məni görüb bir daha çoşa gəldi dalğalarını qayalara çırparaq mənə xoş gəldin deyirdi sanki, mən bir daha səndən ayrılmayacam dosdum deyirdim, qumsallığa uzanıb ulduzlara baxaraq dosdum mavi dənizə deyirdim, bax əziz dosdum necədə gözəldi ulduzlar bir-birləri ilə dosdurlar bizim kimi. Mən getmək istəmirəm bir daha uşaq evinə mənidə özünlə apar dosdum ,çirklənmiş üzlərdən ,azalmış vicdanlardan, yalanları satan bəyaz dişli insanlardan hər cümləsində min cür iblis donuna girən  insanların əlindən, saxta qohum-əqrabalarımın əlindən məni xilas et, mənə komək et dosdum. Mənim heç kimim yoxdu səndən savayı.Sabah açılmışdı yataqxanada tərbiyəçi uşaqları oyatmaq üçün getdiyində Yusifin yerinin boş olduğunu gördü və həyacan hissi keçirdi axı bu uşaq hara gedə bilər deyə  həyacanlı şəkildə düşünürdü  vaxt itirmədən tez hər kəsə xəbər verdi. Amma Yusifi tapa bilmədilər nə qədər axtarsalar belə Yusif yox idi. Həttda dənizin sahilində belə yox idi.

Çırpınan mavi dəniz axşam Yusifin dediklərini duymuşdu, göz  yaşlarını hiss etmişdi, yaxın dostunun bu xahişini yerinə yetirmişdi, Yusifi özü ilə  aparmışdı..

13.03.2015.


... dəfə oxunub
Qiymət: 8/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
5+22=
Hesaba giriş
Müəllif

ANAR. (ARLİN EDEN )
Haqqında
Ədəbiyyatı sevirəm Ədəbiyyat beynimin, musiqi ruhumun dilidir. Hər iki dildə danışmağı sevirəm.
Əlaqə
E-mail:
anar_arlin@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0326 saniye