Musiqi ilə üz cizgilərini çəkir… və notalar ilə onlara bir məna verirəm…. bu musiqinin sonu sənin … yaranmağın deməkdi…
….gözəl bahar yağışı…. Bakını qucaqlayıb həzin notlar üzərində rəqs edir sanki… Bu gün göydəki rəssamlar romantik əsər yaradırdı… Bu dəfə Bakı duyğusal idi…hərdən sakit…hərdən səssiz…hərdən…əsəbi
Saat gecə 02.17…iki qulaqcıqla…axşamı dinləyib və sakitliyi anlmağa çalışıram…damcıların səsi…gecənin sakitliyinə bir rəng verirdisə…şütüyən maşınların…səsi həmin rəngləri palçıq ilə əvəzləyirdi… Əlimdə bir fincan kofe….stolun üstündə..siqaret…qutusu…və səssiz qalan telefon…
Içəri otağa keçib bir az dincəlir və……nəsə alınmir yenə..geri dönürəm içib kofeni və…
Beynimə pıçıldayan…səs..rahat buraxmır…axı mən rəssam olmaq istəmirəm!!!
Həyatda elə şeylər var ki…onlar olmasa ….sen istəmədiyin şeyləri etməlisən…bunu anladım…
Sən getdiyin gün…gün çıxsada o gün mənim qəlbimi yandirdi…günəşin içində..…günün altında mənə çox soyuq oldu….çox…
Qulaqciqlar çixir…və Bethoven… və Bethoven…meni o biri dünyaya aparmaq üçün gəlir…yanına…gətirir
Off…..of..bu notalar…yenə…artıq düzəlir…
Yeni bir rəsmini çəkirəm…..və səni yaratmağa çalışıram…
*lunnaya sonata**…bizi aparır …soyuq Vienaya…
Bakının küləyindən qaçıb…Vıenanın…soyuqluğunda…görüşürük..
Mart ayindan bu yana hec gorməmişdim…..mənə sığınır...
Öz tozlu pəncərəmizdən…şəhəri seyr edirik…bu şəhərdə bizim kimidir…soyuq…sakit…və…bənzərsiz…..
Üzündə olan müthiş məzlunluq bir daha…gözlərində olan…qəmli..yaşlar..ilə bəzənmiş..gilələr..
*lunnaya sonata*…biz…və Viena ..bizə cənnət…..bizə insanlar…bizə musiqi bizə heçnə lazım deyil artıq biz bu şəhər üçün…yaranmışıq..bu şəhər..də bizim üçün yaranır…
Musiqi ilə üz cizgilərini çəkir…və notalar ilə onlara bir məna verirəm….bu musiqinin sonu sənin …yaranmağın deməkdi…
P.s Zəhmət deyilsə oxuyanda *lunnaya sonata* ilə oxuyun..