Çıx get
Elnur Soltanoglu tərəfindən "Şeir" bolməsinə 17:06 08 fevral 2015 tarixində əlavə olunmuşdur

Eyləmə ömrü hədər, anla bunu sən çıx get.

Salma bihudə yerə saçlarına dən, çıx get.

 

Bəndənin verdiyi hər şey sonu minnətsə əgər,

Gözləmə yaxşılığı sən də kimsədən, çıx get.

 

Vermə nadana dəyər anlamayıb hörmətini,

Tutar, əlbət, özünü üstün o səndən, çıx get.

 

Sən öz vicdanına, mənliyinə diqqət eləsən,

Yaradan da səni salmaz nəzərindən, çıx get.

 

Sən öz insanlığını üstün tutmusansa, Cinan, 

Sənə olmaz dəxi yer, bu məmləkətdən çıx get.


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
2+9=
Hesaba giriş
Müəllif

Elnur Soltanoglu
Haqqında
Elnur Soltanoğlu Qubadov. Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsinin məzunu. Sözlər insanın daxili aləminin təzahürü, insanlıq meyarının göstəricisidir. Sözə dəyər verməliyik ki, insan olduğumuzu da unutmayaq!!!
Əlaqə
E-mail:
soltanoglu1990@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0281 saniye