Biçarə aşiqdə qalmayıbdı can,
Dilə çix, fayda yox ürək sözündə....
Bərzəxdə yaşamaq zordan zor inan,
Felə çıx, işartı görüm üzündə....
* * *
Nədən gen qaçırsan, bilməm ki, məndən,
Görsət gül üzünü, Gün şıxsın çəndən,
Qəlbinin səsini duyuram bəmdən,
Zilə şıx, arzular gülsün gözündə....
* * *
Ustacı qoymusan çölün düzündə,
Sarı güllər bitib, çoxdan izində,
Haçansa talemiz gülər bizim də,
Fala çıx, hikmət var elin sözündə....
23.07.2015. Bakı.