ÇIXAR GEDƏR
Rəşad Balakənli tərəfindən "Şeir" bolməsinə 15:10 15 iyun 2016 tarixində əlavə olunmuşdur

İnsan oğlu, çox da vara inanma,

Rüzgar əsər, əldən var çıxar gedər.

Ensən dağ başından, çökək dərəyə,

Əzizin səni vurar çıxar gedər.

 

Məsəl var:üstündür qardaşdan qarın,

Yeyeib-içməkdəsən, var dövlət-varın,

Yığılır başına hər gün dostların,

Kasıblasan o dostlar çıxar gedər.

 

Hansı gözəli bəyənsən alarsan,

Pulun var, çox şeyə nail olarsan,

Kasıblasan bil ki, tənha qalarsan,

Atar səni həmən yar, çıxar gedər.

Müəllif:Rəşad Balakənli


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+26=
Hesaba giriş
Müəllif

Rəşad Balakənli
Haqqında
Həvəskar yazar
Əlaqə
E-mail:
alsoinovr@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0413 saniye