Çıxım gedim mən
Gündüz Rövşən tərəfindən "Şeir" bolməsinə 20:01 19 iyun 2015 tarixində əlavə olunmuşdur

Nə qədər gec deyil ayrılaq gərək
Dost kimi əlini sıxım gedim mən
Sənin göz yaşına dözməz ürəyim
Gözünə baxmadan çıxım gedim mən 

Tükənibdir daha sözümdə yoxdu
Dərdlərə dözməyə dözümdə yoxdu
Əlvida deməyə üzümdə yoxdu
Yanından lal su tək axım gedim mən
Səssizcə dinməzcə çıxım gedim mən 

Bu eşqin kitabın necə bağlayım?
Kişilər ağlamaz necə ağlayım?
Gözümdə yaşları gizli saxlayım?
Həsrəti qəlbimə yaxım gedim mən
Dərdini götürüm çıxım gedim mən 

Mənə ümüd etmə öz arzuna yet
Saatda gec oldu daha çıxıb get
Mənim gedişimi bu cür təsvir et
Elə bil ölmüşəm,yoxam,gedim mən
Gözunə dəymədən çıxım gedim mən


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
6+23=
Hesaba giriş
Müəllif

Gündüz Rövşən
Əlaqə
Tel.:
0509722467
E-mail:
gunduz.rzayev.1991@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0244 saniye