Çökəkliklərdən yüksəkliklərə
Zimah Dumu tərəfindən "Hekayə" bolməsinə 18:27 16 mart 2016 tarixində əlavə olunmuşdur

Mən, düşüncələrində azan  bir iyrəncəm. Düşüncələrimin qavraya bilmədiyi bir hissədə tək tənha oturan bir heç kiməm. Yanımdan ötənim yox , dünyəvi səslərlə mənə xitab edənim yox . Hisslərimi cilovlayanım, məni olduğum bədənimə qaytaranım yox. İsti yox , soyuq yox . İşıq və qaranlıq yox . Hiss etmək belə yox. Mən haradayam ? Layiq olduğum yerdəmi ? Məni yuxarı qaldırın ! Məni torpaq dediyim nəsnənin üzərinə götürün . Məni kim gətirib buraya ? Yalvarıram  məni bura gətirən sizlərə , məni  olduğum yerə qaytarın . Ey ! Səsimi duyun ! Yalvarıram . Mən qorxuram .

Burada  dünyəvi söz – söhbətlərin vəd etdiyi cənnət cəhənnəm deyə bir şey yoxdur . Pis və yaxışının nə olduğunu anlamıram burada. Olma burada zaman deyilən məhfum yoxdur ? Məni zaman olan yerə götürün ! Xahiş edirəm sizdən ! Kimsə varmı burda ? Səs eşitmirəm . Bəlkə onlar məni kar ediblər ? Əlimi əlimə möhkəmcəsinə vururam amma yenə də heç bir şey eşidə bilmirəm . Gözlərimə nə olub bəs ? Anlaya bilmirəm . Bura nə qaranlıq nə də işıqdır. Sevgi və acını hiss edə bilmirəm . Bura haradır ? Mən ağlayıram ? Axı gözümdən yaş gəlmir . Məni öldürün ! Toxuncağım bir şey yoxdu . Möhkəm boğulma gəlir mənə .  Burada hava varmı ? Axı mən heç nəfəs belə almram !  Bunu hiss edirəmsə deməli dünyəvi nəsə bir hissim qalıb burada. Nə etməliyəm axı mən ? Hərəkət edə bilmirəm . Tərpənməyə cəhd edirəm , amma qəflətən hərəkət etməyin nə olduğunu unuduram . Yadımda nə isə qalıbmı ? Dünyəvi fikirlərin hamısını bir-bir xatırlayıram . Tanrım , mənə kömək et . Məni yuxarıya çək ! Özünlə götür . Mənə tərəf gəl , mənə duymağa hiss etməyə , görməyə , eşitməyə kömək et . Mən danışa bilirəmmi ? Tanrım mən danışmağı belə bacarmıram . Mənə nə etmisən ? Sənə nə etdim ki mənə bunları yaşadırsan ? Ağlamaq istəyirəm tanrım . Lütf et , gözümdən bir damla belə olsa yaş tökülsün . Ey , var olan və yox olan hər şeyin və heç nəyin tanrısı , mənə itirdiyim bütün hisslərimi geri ver. İçimdə olan qorxudan başqa bütün hisslərimi məndən qoparmısa . Səni duymaq istəyirəm , hiss etmək , toxunmaq istəyirəm bu məğrur və qul əllərimlə . Hərəkət edib sənə sitayiş etmək istəyirəm . Görmə qabiliyyətimə qovuşub , bu küçük gözlərimlə sənin əzəmətini görmək istəyirəm , hisslərimi yenidən əldə edib sənə sevgilərimi sunmaq istəyirəm . Mənə bunları yaşadarsanmı ? Tanrım . Yalnız düşüncələrin var olduğu yerdəyəm mən.

Hərəkət etmək , görəsən bunu kim bizə bəxş edib , bizi onunla formalaşdırıb və təkmilləşdirib . Hansı vəziyyətdə olduğumu , oturmuşam yoxsa ayaqüstəyəm ? Dərk edə bilmirəm . Burada yer kürəsindəki insana məxsus xüsusiyyətlərdə olmadığıma buranı dərk edə bilmədiyim qədər əminəm . Deyəsən məni yuxarıya çəkirlər. Lənət olsun . Heç bilmirəm ki, məni yuxarıya çəkirlər yoxsa aşağı . Bəlkə də sağa sola dartırlar. Artıq ətrafda nəsə görməyə başlayıram . Amma onlar , yox , tamam fərqli şeylərdir . Nə olduğunu bilə bilməzsiniz. Bu , yaşamım boyunca gördüyüm ilk nə olduğunu bilmədiyim , nəsnələrdir .

Mən dərin bir çökəklikdəyəm . Bura çox genişdir . Çökəkliyin rəngi çox qəribədir . Əslində bu, dünyəvi rənglərdən tamamilə seçilən , ona heç bənzəməyən bir çalardadır. Hərəkətdə olan nələrsə var ətrafımda və onlar durmadan çökəkliyin bir divarından o biri divarına sıçrayaraq qəribə səslər çıxardırlar. Tanrım artıq mən həm də eşidə bilirəm .

-         Düşüncələrin yaradanı üzərinə əbədiyyətə qədər hörmətlər olsun- deyə səs eşitdim.

-         Kim var orada ? Sən kimsən ? – deyə cavab verdim.

-         Qulunuz düşüncəyəm , lütf edin sizinlə bağlı olan özümü sizinlə paylaşım  – deyə cavab alıram.

-         Kimin düşüncəsisən , kimə məxsussan ? . Anlamıram – deyə əsəbi şəkildə sual verdim.

-         Söylədiyim kimi mənim fövqəldüşüncə sahibim . Qulunuz düşüncəyəm . – deyə cavab aldım.

-         Bilmirəm . Bunları sənə kim deyib ? – deyə sual verdim.

-         Düşüncələri yaradan . – deyə cavab verdi

-         Bəs onları kim yaradıb ? – deyəsualverdim

-         Sahibimiz və yaradanımız , siz Fövqəldüşüncə . – deyə cavab verdi .

Fövqəlfikir nə qədər əncam çəksə də vəziyyəti anlaya bilmir , təlaşla baxırdı. Qulu olduğunu söyləyən bu düşüncəni başa düşməkdə çətinlik çəkirdi. Rəngini,dadını,qoxusunu ,hiss etmədiyi düşüncə gah yuxarı qalxır gah da , aşağılara doğru qəflətən hücum çəkirdi . Sayı və hesabı olmayan düşüncələr uçuşur düşüncələr çökəkliyində . Digərlərinin haradan gəldiyini hiss etmədi . Nə olub bitdiyini anlamadan çökəklik , bir-birindən rənginin çalarlarına görə fərqlənən müxtəlif düşüncələrlə dolmuşdu .

-         Sizlərin tanrısı qorxaqdırmı ? – deyə Fövqəldüşüncə sual verdi .

-         Söylədiyiniz kimi sahibimiz , biz qullarınız ,yəni düşüncləriniz həm qorxaq,həm cəsur, həm əsəbi, həm , gülməli , həm ağlamalı , həm dərin , həm dayaz həm də digərləri cür ola bilər. Biz düşüncələr siz yaradanın bizə bəxş etdiyi bu sayısız xüsusiyyətlərə görə bir-birimizdən fərqlənirik . – deyə Qul Düşüncə cavab verdi.

-         Bəs sizlərin tanrısı hərəkət etməyi bacarırmı ? – deyə Fövqəldüşüncə sual verdi.

-         Söylədiyiniz kimi sahibimiz , biz düşüncələriniz sizdən asılıyıq . Sizin izniniz olmadan  sizin çökəkliyinizdən uzaqda iyrənc varlıqların beyinlərinə daxil ola bilmərik .

Fövqəldüşüncə onların bu sürətlə o tərəf bu tərəfə hərəkətinə özü icazə vermişdi əslində  . Lakin öz – özünü dərk edəməz olmuşdu artıq.

-         Hazırlaşın o zaman . O iyrənc məxluqatların yanlarına gedəcəksiniz . Onları yenidən canlandıracaqsınız . Və məni buradan çıxarmaqlarına vadar edəcəksiniz . Bunu siz düşüncələrim , mənim tərəfimdən verilən ilk əmr kimi qəbul edin .

-         Əmrinizi yerinə yetirməyə hər zaman hazırıq ey bizi yaradan Fövqəldüşüncə .

Bu andan etibarən düşüncələr , çökəkliyin kənarı ilə harayasa yox oldular . Bu sürətin qarşısında Fövqəldüşüncə belə mat qalmışdı . O düşüncələrin tanrısımı idi ? Əgər tanrıydısa niyə düşüncələrinə bu kimi suallar ünvanlayırdı ?

Yer kürəsi . İnsanın adlandırdığı yer və məkan . Düşüncələr hələ insanların beyinlərinə daxil ola bilməyiblər . Fövqəldüşüncənin olduğu çökəkliklə dünya arasında insanın inanması qeyri mümkün , tanrının inanması isə az da olsa mümkün olan uzaqlıq vardı . Düşüncələr var idi . Onun hansı qüvvə tərəfindən yaradıldığı da məlum idi . Bəs bu yeri və onun üzərindəki canlı-cansızı kim dağıtmışdı ətrafa ? Yoxsa belə bir şey ümumiyyətlə yox idi ? Əgər vardısa da bunu edən yalnız Fövqəldüşüncə və onun qulları düşüncələr edə bilərdi . İnsan , hansı ki ondan mükəmməlcəsinə istifadə edə bilirdi . Daha doğrusu Fövqəldüşüncə insanları idarə edirdi .

Yumru qabın üzərində, əslində ucsuz bucaqsız nəyinsə içində  insan adlı heyvanın formalaşdırdığı rəqəmlərlə desək , milyardlarla canlı , var olduğunumu yoxsa yox olduğunumu , yoxsa hər ikisi arasında keçid bir nöqtədə olduğu ilə maraqlanmadan qarışıq hərəkət edirlər.

Külək şiddətlə əsir , qarşısına çıxan yüngül əşyaları özü getdiyi istiqamətə dartıb aparırdı. Səhərə yaxın yağan güclü yağış , torpaqdakı kiçik çökəkliklərə dolmuşdu . Hündür evlərin dam örtüyündən tökülən su damcıları , küləyin şiddətli əsməsindən dolayı daha tez-tez yerə düşürdü. Hər iki tərəfdə yerləşən hündür binaların arasında uzun dolamaclı dumanlı yolda nə insan adlı heyvan nə də , Fövqəldüşüncənin qullarından əsər əlamət yox idi . Təbiətin onlara bəxş etdiyi o yamyaşıl ağaclardan biri belə burada mövcud deyil .

Bir nəsnə yerində dayanıb , bərəlmiş gözləri ilə bina evinin yenicə təmirdən çıxmış qapısına baxır. Əlini qapıya tərəf apararaq açarı kilidə salır , cəftəni aşağı dartdıqdan sonra qapı azacıq da olsa aralandı. İçəri insanın qorxacağı dərəcədə qaranlıqdır. Otağa daxil olmaqda tərəddüd edir . Hücuma keçmək üçün uyğun bir zaman gözləyir . Budur o qaçaraq evə girir , qapını möhkəm örtür və özünü yumşaq oturacağına tullayır . Qul düşüncələr artıq onun beyin adlanan hissəsinə daxil olublar. Buna görə bütün insani hissiyatlarına yiyələndi . Otaq bomboş idi . Qul düşüncələrdən biri otaqda hərəkətsizcə oturan insan adlı heyvanın bədəninə daxil olaraq , ona can verdi . Budur o artıq hərəkət etməyə başlayıb.

Onlar artıq düşüncələr çökəkliyindədirlər. Fövqəldüşüncə bu iyrənc bədənə qovuşmaq üçün yanıb tutuşurdu . Onun beyninə daxil olmaq üçün gərək orada olan düşüncəni çıxartmalı və onu oradan  qovmalı idi . Budur o düşüncəni bir kənara tulladı . Düşüncə sahibinin qarşısında baş əyərək qəflətən yox oldu . Artıq düşüncələr tanrısı insan adlı bir heyvanın bədəninə daxil olmuşdu. Tanrı özünü çox xoşbəxt hiss edir , digər düşüncələrə olan münasibətini daha da yaxşılaşdırmaq üçün onlarla xoş davranırdı . Onlara bu iyrənc bədənin bura gətirilməsi qarşılığında onlara nə isə verməlimiydi ? Onlara hər hansı səlahiyyət bağışlaya bilərdimi ? O indi bu düşüncələrdə ola biləcək biri deyil . O dünyaya qayıtmalı orada itirdiyi hissləri geri qaytarmalı , özünə gəlməlidir . Yenidən “ insan “ kimi hərəkət etməlidir . İnsani hisslərə yiyələnməlidir. Budur tanrı artıq yaradan yox , yaradılan olmuşdu . Ət və sümükdən ibarət iyrənc bir varlıq idi . 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+14=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0281 saniye