Çox darıxmışam
Tural Rəhmanlı tərəfindən "Şeir" bolməsinə 02:48 23 iyul 2017 tarixində əlavə olunmuşdur

Bilmirəm nə deyib xətrinə dəydim
Yenə də hardasa səhv bıraxmışam
Sənə yalvarmaqdan dilimi əydim
Bilirsən? Səninçin çox darıxmışam

İpəkdən də incə saçların üçün
Gecədən də qara gözlərin üçün
Baldan da şipşirin sözlərin üçün
Bilirsən nə qədər çox darıxmışam?

Mənə eylədiyin o nazdan ötrü
Bülbüllər qısqanan avazdan ötrü
Səninlə gəzdiyim o yazdan ötrü
Bilirsən nə qədər çox darıxmışam?

Mənə pışirdiyin yeməklər üçün
Etdiyin xoş arzu diləklər üçün
Saçına taxdığın çiçəklər üçün
Bilirsən nə qədər çox darıxmışam?

Birlikdə gördüyümüz məkanlar üçün
Gəzdiyimiz mağaza, dükanlar üçün
Arabir sancdığın tikanlar üçün
Bilirsən nə qədər çox darıxmışam?

Yanında olduğum dəgiqəçin, ançın
Etdikmiz hər ümüd, hər bir gümançın
Səninlə yaşanmış xoşbəxt zamançın
Bilirsən nə qədər çox darıxmışam?

18.08.2015 (Quba)

Müəllif: Tural Rəhmanlı


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+28=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0291 saniye