Çox dedilər kimsəyə aldanmayın,
Pərvanətək eşq oduna yanmayın.
****
Bir də gördün,aşiqi oldun gülün,
Sevgi nədir,bilməyirəm_danmayın.
****
Vəslinə yetmək üçün ol dilbərin,
Ahu_fəğansız keçər gün,sanmayın.
****
Düşdüyün od eşq odudur,aşiqin
Könlünə həmdəm ola,aldanmayın.
****
Qeysi-vəfadar kimi candan sevən
Mövludu yada gətirib anmayın.
24.06.2014.Zərdabi.Mövlud Ağamməd.