Çox istəmə var dövləti,kim sağ olacaqdır,
Onsuz da qalan beşcə metir ağ olacaqdır.
****
Aşiq nə qədər qəm çəkə,əlbəttə,usanmaz,
Çəkdikcə,qəmin çarəsi yox,dağ olacaqdır.
***
Aldanma,şirin dil səni yoldan edəcəkdir,
Leysan tökəcək,göz yaşı irmağ olacaqdır.
****
Bel bağlama,dünya malı dünyada qalandıır,
Solmaqdadı ömrün,sarı yarpağ olacaqdır.
***
Çox sorğu-sual etmə,nədən xəlq olub insan,
Gildən yaranıbdır,sonu torpağ olacaqdır.
***
Kimdir bu qədər zülmü-cəfa çəkməyə qadir,
Gər çəksə də qismət ona uçmağ olacaqdır.
***
Bəxtin yazılıb,qismətinə şükr elə,Mövlud,
Əfğan edibən ağlama,olcağ olaçaqdır.
20.04.2015.Zərdabi.Mövlud Ağamməd.