Qatarda gedərkən 2 gənclə-bir oglan və bir qızla kupe yoldaşı oldum.Söz söhbət əsnasinda qızın danışdığı cox maraqlı və ibrətamiz bir həyat dramını eşitdim...
Qonşuluğumuzda qoca və tənha bir qarı yaşayırdı.Onun əri 7-8 il bundan qabaq ölmüşdü,2 il bundan əvvəl isə qizi , qızının əri və onların 2 uşağı avtomobil qəzasında həlak olmuşdular.
Aldığı təqaüd ona çox çətinliklə çatırdı.Bir gün evə qayıdarkən giriş qapısında əllə yazılmış bir elan gördüm:
“1 manatımı itirmişəm,kim tapıbsa , xahiş edirəm 5 ci mərtəbə, 56 cı mənzilə qaytarsın,təqaüdüm cox azdır,çörək almağa pulum güclə çatır”
Həmin mənzildə o qoca və kimsəsiz nənə yaşayırdı,Mən o mənzilə qalxdım,qapıni döydüm,qarı qapını açdı , mən ona 1 manatı uzatdim,o pulu aldı və aglamağa başladı:
“Qızım,sən artıq 7 ci adamsan ki mənim pulumu tapmısan,çox sağ ol”
Mən gülümsəyərək qapıdan çıxarkən nənə məndən o elanı cırıb tullamağımı xahiş etdi:”qızım onu mən yazmamışam, yəqin kimsə mənim pulu itirdiyim zaman hisslərimin şahidi olub...”
Qarı qapı ağzımda durub aglayırdı..
İnsanların kimsəsizlərin dərdinə ürəkdən şərik olması faktı hamımızı təsirləndirmişdi...