Məhəbbət.Çox şeymi ifadə edir bu söz?Cəmi 8 hərf -üç heca.Adama elə gəlir ki,sadəcə heç nə.Sonsuz söz ehtiyatına malik olan bizim dünyamızda hər hansı bir sözcük.Belə olsaydı,onda həyatın mənası bəlkə də tamamilə itərdi. Əgər mən desəm ki,məhəbbət haqqında düşündüyümüz zaman adamın ürək döyüntüsü nisbətən tezləşir ,onda məncə heç kim mənimlə bu barədə mübahisə etməz.Çünki bu hiss daxildə,çox dərində yerləşdiyindən ondan heç yerə qaçmaq ,gizlənmək mümkün deyil.Məhəbbət haqqında fikirləşdiyin vaxt, istər istəməz gözünün qabağına səni və sənin həyat tərzini dəyişən sevdiyin adam gəlir.Məhəbbət haqqında lazım oldu-olmadı hay küylə danışan adamlar məhəbbət həqiqətlərini qavramayanlardır. Məhəbbətin bağırtı,çığırtı ilə heç bir bağlantısı yoxdur.Məhəbbət –tamamən şəxsidir, izahı asanlıqla mümkün olmayan hissdir .həyatımızda bir çox hisslərdən fərqli olaraq özünü tamamən dəlicəsinə büruzə verən bir mücüzədir.Məhəbbət həsəd aparmır,qürrələnmir,dözümlüdür,çünki öz özlüyündə çox lütfkardır və hamını da ən yaxşı keyfiyyətlərini sərgiləməyə səsləyir.Bəzən bir çox şeylərin üstünü bilərəkdən örtür,hər şeyə inanır,ümidini itirmir,bəzən bağışlanması mümkün olmayanları belə bağışlayır.Bu da çox vaxt insanın ən mənfi keyfiyyətlərinə ,-dərəcələrindən asılı olmayaraq,- göz yuma bilməsi qədər cəsarət göstərə bilən çox az hisslərdən biridir. Bu dediklərimizdən müəyyən nəticələrə gələ bilərik.Məhəbbət keçici deyil. Kim nə deyirsə desin bir zamanlar dərin hisslərlə sevdiyin birisini bir andaca qəlbinizin dərinliyindən,ürəyinizdən qoparıb ata bilməzsiniz.Məhəbbət daim yaşayır və cox vaxt hər şeyə qalib gəlir.
Ən əsas şey də məhəbbətin mövcudluğudur . . .