Çoxdan tükənb səbri-qərar,bir daha daşmaz
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 16:50 16 dekabr 2015 tarixində əlavə olunmuşdur

Çoxdan tükənb səbri-qərar,bir daha daşmaz,
Hərdən üzə ağ olsa da,bil,həddini aşmaz.
***
Sən özgə diyar,qürbəti öznünkü sanırsan,
Qürbətdə dilənmək sənə,əlbəttə,yaraşmaz.
***
Qalmış gözü yollarda sevib istədiyin yar,
Yad ölkədə,sən bil ki,sümük südlə qarışmaz.
***
Hərdən yada düşsün də elin,ey dili qafil,
Heç olmasa bir gün deyə dil,ay ana,çaşmaz.
***
Dön gəl,sənin öz doğma elin,doğma evin var,
Mövlud Vətənindən ara heç vədə dolaşmaz.

1.03.2015.Zərdabi.Mövlud Ağamməd.      


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
8+5=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0498 saniye