Çünki məndən küsmüsən
Sevil Hüseynli tərəfindən "Şeir" bolməsinə 22:13 09 oktyabr 2017 tarixində əlavə olunmuşdur

Gündə min yol küsürük, min yol da barışırıq.

Burda deyib gülürük, burda da dalaşırıq.

Gah səni dağ sanıram, gah deyirəm dərəsən,

Gah səni ağ sanıram, gah deyrəm qarasan,

Gah əlacım,məlhəmim, gah qəlbimdə yarasan.

Birdən elə mehriban, elə ilıq olursan -

Oxşadıram bahara,

Birdən elə acıqlı, elə soyuq olursan –

Sanki boranlı qışsan.

Gah elə təravətli, elə əlvan olursan –

Oxşadlram gülzara,

Gah da elə tündməcaz, elə qəmgin olursan,

Sanki qarsan, yağışsan.

Bayaq sən sonsuz səma, dərin ümman idinsə,

İndi bir dayaz gölsən.

Bayaq sən dağ başına qonmuş duman idinsə,

İndi acı tüstüsən.

Çünki, məndən küsmüsən.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+21=
Hesaba giriş
Müəllif

Sevil Hüseynli
Haqqında
İxtisas - dizayn mühəndisi, hobbi - astrologiya, ruhən - "ücretsiz sanatçı"
Əlaqə
E-mail:
svqamal@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0923 saniye