Cığır
Əlsəftər Dayı tərəfindən "Hekayə" bolməsinə 22:37 09 iyul 2016 tarixində əlavə olunmuşdur

Bu gün yağışı oxuduğum o gündən sonra ilk dəfə yağış məni islatdı. Evdə oturmuşam və pəncətəni döyəcləyən damcıların ruhumu necə islatdığını hiss edirəm. Bütün bu illər ərzində niyə islanmadığımı xatırlamağa çalışıram, amma, yaddaşımda keçmişlə bağlı heç nə yoxdur.

          İndi niyə islanıram axı? Bu ki, təbiidir yağış yağır. Yağışı oxuduğum günü xatırlımağa çalışıram və xatirimdə yalnız islanmaq qorxub qaçışan və ya tələsik addımlarla addımlayan insanların arasında tək islanmayan biri olaraq gəzdiyim bir səhnə qalıb. Görəsən o gün nə haqda düşünürdüm? Xatırlamağa çalışıram, amma, bacarmıram. Bu günsə evdə oturduğum halda yalnız mən islanıram. Bu iki səhnə arasında əlaqə qurmağa çalışıram. O gün nə düşünürdüm, nə baş verirdi ki ilanmırdım? Xatırlaya bilmirəm. Dəqiq olan bir şey var, o gün də bu gün olduğu kimi yalnız idim. İslanıram, dünya başıma fırlanır və...

...

      Uzun müddətdir ki, yağışdan gizlənirəm. Artıq sonuncu dəfə nə vaxt onu görüb səsini eşitdiyimi xatırlamıram. Yağışdan mümükün qədər uzağa qaçmaqdayam. Düzü artıq xatrlamıram ondan niyə qaçdığımı. Onnan hansı səbəbdən belə şox qorxduğumu anlamasm da qorxduğumu bilirəm. Yağış öz varlığıyla səsiylə ruhumu üşüdərək mənə muharibə elan edib və mən bu düşmənçiliyin səbəbini anlamıram anlamadqca isə o, daha çox qələbəyə yaxınlaşır. Bu gün yuxuda öz keçmişimi gördüm. Yağışı və məni gördüm. Bir birimizə aşiq idik. O hər şeyi isladan yağış məni islatmırdı əksinə günəçin yandırıcı şualarından da qoruyurdu. Axı nə baş vermişdi ki bu yaxınlıq düşmənçiliyə çevrilmişdi? Suallar içdən içə məni məhv edirdi, həm də yağışdan da sürətli.

          Bəlkə də yalnız olmasam bircə nəfər məni anlayan mənlə böyük düşmənə qarşı çıxmaq cəsarəti olan biri olsa qalib gələ bilərəm yağışa. Amma... Ən tanınmış psixoloqlar mənimlə birgə mübarizə aparmaqdan boyun qaçırmışdılar dünyanın ən quraq şəhərində köhnə bir binanın zirzəmisində yalnız olan bu insan heç kəsi maraqlandırmır. Bir neçə nəfər onun həyatından ötrü narahatmış kimi görünür, amma, onlar da ona kömək etməkdə acizdirlər. Düşündükdə bəlkə də məni isladan yağış deyil onun mənə xatırlatdığı bir şeydi. Bəlkə də elə yalnızlığın özüdür ki var?

...

          Xoşbəxtlikdən uzun müddətdir yağış yağmır. Bu əlbəttə özümə zaman ayırmağa, düşünməyə və kitab oxumağa bol vaxtımın olduğu mənasına gəlir. Bu gün parkda (uzun müddətdir evdən də çıxmırdım) kitab oxuyarkən bir nəfərlə tanış olub bir azz söhbətləşdik. Yalnızlığın hər adama qismət olmadığını dedi mənə. Bunun yaxşı ya da pis mənadamı dediyini anlamasam da razılaşdım. İndi peşmanam gərək soruşardım, amma, onsuz da böyük bir fərqi olmayacaq oonsuz da o haqqlıdır. Ona yağış və aramızdakı düşmənçilikdən danışmaq istədim. O, yağışı necə sevdiyi barədə danışdıqda isə sadəcə susdum və onu dinlədim. Yağışı mədh edib necə sevdiyi barədə uzun müddət danışdı və sağollaşıb getdi mən də tələsik evə qayıtdım. Hər an yağış yağa bilərdi və mən yağışı sevmirəm.

          Yağışı çox sevən birini dinləmək qəribə idi. Əslində dediklərinin çoxu mənə mənasız gəlirdi. Onun kimi hiss etməkçün yəqin ki ağılsız ya da sadəcə dəli olmaq lazımdı, amma, yəqin ki elə o da mənim fikirlərimi keçirdiyim hissləri bilsə eyni şeyləri mənim haqqımda düşünəcək. Bir insan niyə yağışı sevməsin ki dediyini duyurmuş kimi oluram. Bir də axı nə vaxtsa mən də yağışı sevirdim. İndi xatırlamasam da belə bir gün olub və mənm kimi yağışı sevən başqa kəslər də olub yəni o vaxt nə hiss etdiyimi xatırlamasam da yalnız olmamışam. Bu uzun müddətdir axtardığım çox suala cavab vesə də tam olaraq mənə lazım olan idimi bilmirəm...

...

          Artıq neçə gündür ki hr gün o parka gedirəm. Keçən dəfə yarım qalmış söhbətimizin davam edəcəyini bilirəm nədənsə buna əminəm və bu hiss məni hər gün eyni saatda o parka aparır.

...

          Axır ki, bu gün o yenə gəldi. Mən suallarımı verə bilmədim, amma, o, mənə qorxunun xoşbəxtliyə aparan cığırın başlanğıcı olduğunu dedi. Təəccübləndiyimi görüb gülümsündü.

-         Əgər qorxmasan burda olmazdın dedi.

-         Amma qorxu məni çox şeydən məhrum edir ən çox da yaşamaqdan?

-         İndi necə həmin qorxu səninlədi?

-         Hə, hər zaman.

-         Əgər doğurdan da qorxursansa bura necə gələ bildin?

Bu sualı gözləmirdim nə deyəcəyimi düşündüm. Qorxularımın və suallarımın cavabının səndə olduğunu düşünürəm demək istədim, deyə bilmədim. Doğurdan da yağışdan belə qorxan mən neçə gün idi saatlarla burda onu gözlüyürdüm həm də evdən çıxmazdan öncə hava məlumatına belə baxmadan bura gəlirdim. Həmsöhbətimsə sözlərinə davam etdi:

-         Gəlirsən çünki nə xəbərsiz, nə də qorxaraq yaşamaq istəmirsən. Suallarına cavab axtarırsan və inan mənə bu elə xoşbəxtliyə doğru addımlamaqdır.

Ayrılmadan son olaraq qərarlaşdıq ki hər həftənin eyni günü eyni saatda bu skamyada görüşək. Və o getdi. Mən də yağışa yaxalanmamaqçün tələsik ama bir qədər də rahatlamış şəəkildə evə yollandım. Həftələrlə qorxunun necə qüsursuz bir sistem olması haqda danışdıq. Həmsöhbətim sirli bir şəkildə qorxuya da aşıqmış kimi görünürdü və düzü bu məni ona tərəf çəkən başqa bir amil idi. Artıq bir məsələ məni narahat edirdi əgər bir hiss bu qədər vacibdirsə ona qlib gəlmək lazımdırmı, lazımdeyilsə bəs insanlar niyə bunu etməyə çalışırlar qorxaqlıq niyə bu qədər sevilməyən bir xasiyyət hesab olunur?

Uzun müddətli tanışlığımız ərzində ilk dəfə bütün suallarımı birnəfəsə həmsöhbətimə ünvanladım. Və bu dəfə də o öz ənənəsinə sadiq qaldı və məni təəccübləndirdi. Gülümsündü və: “Bəs sən necə düşünürsən?” – dedi. Bu suala özüm cavab tapmalıydım, amma, indi yox bəlkə də bütün ömrüm boyu düşünərək.

Həmsöhbətim ayrılıımızın zamanının çatdığını deyib sağollaşmadan getdi o gözdən itənə qədər onu izlədim və indi skamyada təkbaşına oturub öz suallarım barədə düşünürəm.

...

Orda nə qədər düşündüymü bilmirəm amma birdən şiddətli yağış yağmağa başladı. Bir anlıq yuxudan ayılmış kimi diksindim. Neynəyəcəyimi bilmirdim, tez qərar verməliyidim. Artıq ruhmun islandığını hiss edirdim. Ayağa qalxdım buluda, damlalara, yerə nəzər etdim. Aram addımlarla evə tərəf hərəkət etməyə başladım. Yağış hər tərəfdəydi, damlalar üzümü əlimi öpürdülər və mən islanmırdım. Yağış artıq məni islatmırdı. Dünyanın ən gözəl hissi idi yağışa belə yaxın olub islanmamaq.

Bir gün heç kəs yğışda islanmayacaq deyə ali bir məqsədlə öz vətənimə geri dönməyə qərar verdim....

SON

P.S. Gülümsəyin bu sizə yaraşır...


... dəfə oxunub
Qiymət: 1/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
4+12=
Hesaba giriş
Müəllif

Əlsəftər Dayı
Haqqında
Şərhlər mənimçün çox önəmlidir...
Əlaqə
Tel.:
0504211127
E-mail:
husen_esgerov@live.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0244 saniye