Cozef Cons – Əfsanəvi həbsdən qaçış ustadı
İlkin Abbas tərəfindən "Məşhurlar" bolməsinə 01:16 09 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Gənc britaniyalı Cozef Cons üç çörək və hər hansısa xırda bir şey oğurladığına görə həbsə düşür. O nəyəsə görə hakimin xoşuna gəlmir və ona 10 il ərzində katorqaya göndərilir. Adətən belə cəzalar üçün 3 ay həbs cəzası təyin edilirdi. İlk həbs illərini o İngiltərədə keçirir. Daha sonra isə o Qərbi Avstraliyaya göndərilir və burada yaxşı davranışı səbəbindən şərti azadlığa buraxılır. Burada aclıq şəraitində yaşamasına baxmayaraq ilk zamanlarda qanun pozuntularından kənar dururdu. 

Lakin bir dəfə o başsız qalmış ata əl uzatmaqdan özünü saxlaya bilmir və ata öz damğasını vurur. Daha sonradan bu atın sahibi peyda olur. At oğurluğuna görə 10 il həbs cəzası nəzərdə tutulurdu. Lakin Co həbsdən qaçır və atın üzərindəki damğanı yox edə bilir. Nəticədə o yalnızca qaçdığına görə 3 il həbs cəzası alır. Bu dəfə də nümunəvi davranışına görə onu azadlığa buraxırlar. Lakin hər şey bununla bitmir. Qonşusunun öküzü itir. Bunu onun etdiyinə dair heç bir dəlil olmasa da keçmiş məhkum oğurluqda təqsirli bilinir.

O bu dəfə də bir neçə aydan sonra qaçmağı bacarır. Onu tezliklə tutsalar da o yenə qaçmağı bacarır. Növbəti bir neçə aydan sonra polis onu ələ keçirə bilir. Onun həbs cəzasına əlavə olaraq 5 il də əlavə edilir və xüsusi inşa edilmiş kameraya salınır. Məhkumların sözlərinə görə oradan qaçmaq mümkün deyildi. Hətta qubernator bildirmişdi ki, o buradan da qaçmağı bacarsa ona rəhm ediləcək. Və hər zaman olduğu kimi Co buradan da qaçmağı bacarır və yalnızca iki ildən sonra tapılır. Məhkumun həbs müddəti artırılır və həbsə atılır. Bir neçə ildən sonta yeni qubernator bu haqda eşidir və əvvəlki qubernatorun vədinə əməl etməyi tapşırır. Lakin bir şərtlə ki, Co bir daha qanuna zidd hərəkət etməyəcək. Co söz verdi. 

Co qocalanadək öz vədinə sadiq qaldı. Lakin onun 80 yaşı olduqda ağlı zəifləmiş qocanı avara hesab edib tutdular. Tədqiqat aparmaq üçün onu həbsxananın köhnə binasına yerləşdirdilər. Əfsanəvi həbsdən qaçıc ustadı Avstraliyaya ilk gətirildikdə bu həbsxanaya salınmışdı. Co zəif idi və çox az şeyi başa düşürdü, lakin vərdişi üzrə o buradan qaçır. Sonra yenə və yenə… Lakin daha sonra onu yaxalayandan qaça bilmədi. Onun adı ölüm idi.

Məlumatı tapdı : İlkin Abbas 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
5+6=
Hesaba giriş
Müəllif

İlkin Abbas
Haqqında
Abbasquliyev İlkin Qadir oğlu ( İlkin Abbas ) 1993-cü il Dekabr ayının 8-də Naxçıvan şəhərində Ziyalı ailəsində anadan olmuşdur. Onun ədəbiyyata olan böyük marağı hələ orta məktəb illərindən başlanmış, zaman keçdikcə şeiriyyat aləminə olan sevgisi güclənmişdir. Şair 2000-ci ildə Naxçıvan şəhər Afiyəddin Cəlilov adına 12 saylı orta məktəbin birinci sinfinə daxil olmus, 4 illik ibtidai təhsilini orada aldıqdan sonra, Naxçıvan şəhər Hüseyn Cavid adına 5 saylı orta məktəbə dəyişilmişdir. Onun "ANA DİLİ" adlı ilk şeiri 2010-cu ildə yazılmış və "TƏK SƏBİR" qəzetində nəşr olunmuşdur. Bundan əlavə, gənc yazarın Şeirləri Vəhdət.org. , Shahbulaq.az, Turkbir.info, ədəbiyyat-az.com, Gundelik.info, dokkuziklim.net saytlarında dərc olunur və olunmaqdadır. Hazırda tələbədir, Subaydır. Hələ ki kitabı yoxdur.
Əlaqə
E-mail:
ilkin.abbas.90@hotmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0298 saniye