DAĞLAR
Rəşad Balakənli tərəfindən "Şeir" bolməsinə 15:45 30 iyul 2016 tarixində əlavə olunmuşdur

DAĞLAR

Yenə könlüm səfər istər,

Dönüb sənə üzüm, dağlar.

Kol dibindən bənövşəni,

Dərim dağlar, üzüm dağlar.

 

Sıra dağlar, başda tacım,

Səni görcək itir acım.

Qıy vurur qartal, turacım,

Göy səmanda süzüm, dağlar.

 

Yedim əzgil, qarağatdan,

Qırdım qozdan, şabalıddan,

Fındıq, moruq çıxmaz yaddan

Gəzdim zövqlə özüm, dağlar.

 

Baxdım əlvan çiçəyinə,

İtburnunun ləçəyinə,

Düşdüm dağın ətəyinə,

Heyran qaldı gözüm, dağlar.

 

Qışda havan ilıqlıdır,

Yayda sərin, soyuqludur.

Hansı dağ yaraşıqlıdır?

- Bizim dağlar, bizim dağlar.

 

Bilinmir nə çəkmiş başın,

Sirli tarixdir yaddaşın.

Hər qayan, çınqılın, daşın,

Tarix dolu cüzüm, dağlar.

 

Bir qəndildir ay, ulduzu

Sinən üstə qoyun, quzu

Səp motalın üstə duzu,

Var nemətli küzüm, dağlar.

 

Yığdın yeyib-içənləri,

Süz, doldur piyalələri,

Dərib əlvan lalələri

Ətəyinə düzüm, dağlar.

 

Bardaş qurdum otun üstə,

Kibrit çaldım odun üstə,

Somavarım suyun üstə,

Manqalımda közüm, dağlar.

 

Zirvən qardı qışdan bəri,

Hər daşının var öz yeri,

Seyr edib dönürəm geri,

Yadigardır izim, dağlar.

 

Axar suyun durna gözü,

Bir rəssamdır Allah özü,

Rəşad sənə söylər sözü,

Var tükənməz sözüm, dağlar.

Müəllif: Rəşad Balakənli 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+34=
Hesaba giriş
Müəllif

Rəşad Balakənli
Haqqında
Həvəskar yazar
Əlaqə
E-mail:
alsoinovr@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0273 saniye