Dağları çən,duman alıb...*
(GƏRAYLI)
Dağları çən,duman alıb,
Dağlar görür qiyaməti.
Dağlar küsüb el-obadan...
Dağlar sevmir xəyanəti.
***
Alınmaz bir qala-Şuşa,
Gör kimlərə qala Şuşa.
İndi bizsiz qal,a Şuşa...
İtirildi dəyanəti.
***
Dağ qovuşmaz oldu dağa,
Bəla gəldi Qarabağa.
Məskun oldu səndə dığa,
Bağışlanmaz cinayəti.
***
Ayrılığa dözmək çətin,
Səndən ayrı gəzmək çətin,
Məsələni çözmək çətin?
Göstər,Mövlud,inayəti.
8.05.2014.Zərdabi.Mövlud Ağamməd.