Elə ilk görüşdən vuruldum sizə,
Nə qədər gözəlsiz, dağlı qızları.
Sürmə nəyə lazım gözlərinizə,
Anadan gözəlsiz, dağlı qızları.
Şirin, məzəlidir söz-söhbətiniz,
Ürəyiniz açıq, qəlbiniz təmiz.
Dağların qoynunda bir çiçəksiniz,
Çiçəkdən gözəlsiz, dağlı qızları.
Arzunuz böyükdür-qurub-yaratmaq,
Ömür yollarına işıq, nur saçmaq.
Hərə bir igidə gözəl yar olmaq,
Hamınız gözəlsiz, dağlı qızları.
Mövlud neçə bahar yola salıbdır,
Hələ yüz beləsi dala qalıbdır.
Sizdə sevgi adlı dünyam qalıbdır,
Özümdən xəbərsiz, dağlı qızları
14.06.1982 / İzberbaş(Dağıstan)
Mövlud Ağamməd