Dağlı qızları..
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 13:50 20 noyabr 2016 tarixində əlavə olunmuşdur

Elə ilk görüşdən vuruldum sizə,
Binadan gözəlsiz,dağlı qızları.
Sürmə nəyə lazım gözlərinizə,
Anadan gözəlsiz,dağlı qızları.
***
Şirin,məzəlidir söz-söhbətiniz,
Ürəyiniz açıq,qəlbiniz təmiz.
Dağların qoynunda bir çiçəksiniz,
Sonadan gözəlsiz,dağlı qızları.
****
Arzunuz böyükdür-qurub-yaratmaq,
Ömür yollarına işıq,nur saçmaq.
Hərə bir igidə gözəl yar olmaq,
Binadan gözəlsiz,dağlı qızları.
***
Mövlud neçə bahar yola salıbdır,
Hələ yüz beləsi dala qalıbdır.
Sizdə sevgi adlı dünyam qalıbdır,
Özümdən xəbərsiz,dağlı qızları.

14.06.1982.İzberbaş(Dağıstan)Mövlud Ağamməd.

 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
5+34=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0389 saniye