Daha mümkün deyil səni unutmaq,
Bunu hiss edirəm öz-özlüyümdə.
Məhəbbət ömrünü belə uzatmaq
Mənə nəsib imiş,bildim özüm də.
Sevdik biganətək bir-birimizi,
Eşqin ləzzətini duya bilmədik.
Qoruya bilmədik saf eşqimizi,
Yaşatdıq,dünyaya yaya bilmədik.
Qəlbimin güzgüsü əks edir səni,
Məni unutsan da mənimçün varsan.
Unuda bilmirəm,sevgilim,səni,
Şirin xəyalımda hər an yaşarsan.
Fəqət fikirlərim səndədir yenə
Mümkün olmasa da səni unutmaq.
Hicranın şirin bir vüsaldır mənə,
Dünyada tək sənə bağlıyam ancaq.
14.04.1982 / Sumqayıt
Mövlud Ağamməd