Daha yaşamağın nə mənası var?
Tural Rəhmanlı tərəfindən "Şeir" bolməsinə 01:12 23 iyul 2017 tarixində əlavə olunmuşdur

Bir anda qırıldı xoşbəxtlik simi,
Mizrabım yavaşca titrədir qəmi
Həyat dəniz olmasa, insansa gəmi,
Daha yaşamağın nə mənası var?

Onümdən ötüb keçir zaman karvanı,
Gələcək önümdə, keçmişim hanı?
Üç günlük macəra saysan dünyanı,
Daha yaşamağın nə mənası var?

Dünyanı dolaşır, küləklər əsir,
İllər tez ötsə də, dəyişmir əsr
Həyat qul bazarıysa, insansa əsir
Daha yaşamağın nə mənası var?

11.09.2016

Müəllif: Tural Rəhmanlı


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+17=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0306 saniye