Dahilər haqqında maraqlı məlumatlar
Ülfət Cavad tərəfindən "Ədəbi tənqid" bolməsinə 11:20 05 dekabr 2015 tarixində əlavə olunmuşdur

D.İ.Mendeleyev uşaqlıqda həmişə xəstə olub, vaxtaşırı ağzından qan gəlirdi. Həkimlər belə hesab edirdilər ki, o tezliklə öləcək. Lakin Mendeleyev 73 il yaşadı.

İ.İ.Meçnikov, İ.M.Seçenov, D.İ.Mendeleyev, K.E.Sialkovski və b. çar hakimiyyətinin təzyiqlərinə məruz qalaraq, universiteti və akademiyanı tərk etmişlər.

1-ci Pyotr sərxoş adamın boynuna yeddi kiloqram ağırlığında yük asdırar və yükün üstündə bu sözü yazdırardı: «Sərxoş olduğuna görə.» Sonra isə sərxoş adamı həbsxanaya salarmışlar.

Bir dəfə xidmətçi məşhur akademik N.N.Beketovun otağına girib həyəcan içində ona deyir: « Nikolay Nikolayeviç, kitabxananızda oğru var!» Alim məşğul olduğu işdən bir anlığa ayrılıb, xidmətçidən soruşur: «Həyəcanlanmaq nə üçün, o, hansı kitabı oxuyur?»

Milyoner bir qadın məşhur rus rəssamı Brüllova (1799-1852) müraciət edərək şəklini çəkdirmək istəyir. Şəkil hazır olandan sonra qadın şıltaqlığa başlayır: — Şəkil xoşuma gəlmir, rəngləri yaxşı deyildir! — deyir. Rəssam belə cavab verir: — Əgər məsələ rəngdəndirsə, onda heç söz ola bilməz. Mən bu şəklin rənglərini siz yanaqlarınıza sürtmək üçün rəng aldığınız mağazadan almışam.

Görkəmli sovet alimi, akademik Otto Yulyeviç Şmidt 14 yaşında olarkən bütün ömrü üçün proqram tərtib etmişdi. Bu proqram onun hansı fənlər üzrə məşğul olması, necə kitablar oxuması, hansı problemlərin həlli ilə məşğul olması və fiziki olaraq necə inkişaf etməsi haqqında idi. Şmidt bütün bu işlərə nə qədər vaxt lazım olduğunu hesabladıqda 900 il almışdı. O, proqramı qısaldaraq 500 il, bir daha azaltdıqda 150 il almışdı. Bundan sonra Şmidt vaxtını dəqiqələrə qədər bölərək gərgin yaradıcı bir həyat sürmüş və nəzərdə tutulmuş bütün proqramı artıqlaması ilə yerinə yetirmişdir. Şmidt 64 il yaşamışdır.

Rus bolşevizmin atası Lenin demişdi: «Nə qədər ki, bıçaq rahat gedir saxlama qoy getsin, gördün ki, sümükdür saxla.»

Bir dəfə gecə saat üçdə, şəhər tam sükut içərisində olanda, Pavlov barmaqlarının ucunda iyirmi iki il oyanmadan yatan Kaçalkin adlı bir şəxsin çarpayısına yaxınlaşıb pıçıltı ilə deyir: «Dur ayağa!» O da durur. Bu hadisə 1920-ci ildə olmuşdur, xəstə isə 1898-ci ildə yuxuya getmişdi.

 

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+15=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0289 saniye