Dahilərin edam hekayəsi
Ülfət Cavad tərəfindən "Məşhurlar" bolməsinə 17:33 16 yanvar 2016 tarixində əlavə olunmuşdur

 Nasist Almaniyası Ziqmund Freydin kitablarını inkvizisiya edəndə bəlkə Freyd özünün edamını daha çox istəyirdi. Belə düşünməsəydi, “Orta əsrlər olsa, özümü tonqala atardılar, çox təəssüf ki, indi təkcə kitablarımı yandırırlar. Görünür, tərəqqi elə bu imiş”, - kəlamını işlətməzdi. Haqqında danışacağımız şəxslər isə Freyd kimi “şanslı” olmayıb... 

 Tarixin xoşbəxt, həyatın bədbəxt insanlarından biri də edam edilmiş yunan filosofu Sokratdır. Sözü açıq və üzə deməyi sayəsində Sokrat özünə çoxlu düşmən qazanmışdı. Xüsusən, varlılar onu sevmirdilər. O, sofistləri heç sevmirdi. Sokrat sofistləri belə təqdim edirdi: “Qadın gözəlliyi dəyərdir. Onu satana fahişə deyirlər. Elm də dəyərdir. Onu satana isə sofist deyirlər”. Bu sözlər onun sonralar elə sofistlərin sayəsində edama məhkum edilməsinə səbəb olub. Onu gəncləri pozmaqda və yeni ilahlar yaratmaqda suçlayaraq edam ediblər. Əsas ittihamçı Anit adlı demokrat olub. Platon onun çıxışını mühafizə edib. Ölümə məhkum edilən Sokrat özünü kişi kimi aparıb. Dostları qaçmaq təklif etsələr də, bunu qəbul etməyib. Ölümdən öncə keçirilən məhkəmədə belə, o özünü müdafiə etməyə çalışmayıb. Hətta  məhkəmədə son söz əvəzi “mən onsuz da bir gün o düyaya gedəcəm, siz sadəcə bunu tezləşdirirsiz. Mən əgər bir də dünyaya gəlsəm, yenə də eynən bu cür davranardım”, - deyir. Sokrat o dövr üçün ən məşhur ölüm cəzalarından birinə məhkum edilir. Onun bədəninə iynə ilə zəhər vururlar. Lakin o ölüm qabağı çox deyib-güldüyündən “həkimlər” xüsusilə onun üçün normadan artıq zəhər hazırlamaq məcburiyyətində qalırlar. Sokratın ölüm qabağı son sözü bu olub: “Asklepi üçün bir xoruz qurban kəsməyi unutmayın”. Asklepi qədim yunanlarda müalicə allahı sayılırdı. Zəhəri həkimlər Asklepinin yardımı ilə icad ediblər. Ona görə bir qurban kəsməyə dəyərdi.

    Digər ölümə məhkum edilən və ya sui-qəst nəticəsində vəhçicəsinə öldürülən şəxsiyyət isə bəlkə də bu cəzaya layiq idi. Heç kəs bilməzdi ki, bir vaxtlar taxta sahib olduğu üçün şərəfinə yüz altmış min qurban kəsmiş xalqın sevimlisi olan bu insan sonradan elə onu seçən xalq tərəfindən məhv ediləcək. Bu Roma tarixində misilsiz qəddarlığı və əxlaqsızlığı ilə ad çıxarmış tarixə Kaliqula adı ilə düşən Qay Yuli Sezar Germanik idi. O, əxlaq cəhətdən çox “unikal” adam olub. Bütün sektorlar üzrə əxlaqı məhv edən davranış sərgiləyirdi. Kişilərin şəxsi qüruru sındırılırdı, hamı ona yaltaqlanmalı, əyilməli idi. Var-dövləti, pulu tanrı səviyyəsinə qadırmışdı. Tək özünə yox, ailə üzvlərinə də yaltaqlanmaq lazım idi. Məişət əxlaqı cəhətdən də Romada çox iyrənc bir ənənənin əsasını qoydu. O, gözü tutan qadınların birini də rahat buraxmazdı. Germanik xalqın qəzəbinə tuş gəlməkdən qorxmurdu, əksinə bunun üçün xüsusilə çalışırdı. Onun bir devizi vardı “qoy nifrət etsinlər, təki qoxsunlar”. Vaxt ötür, qorxan xalq arasında itaət etməyənlər repressiyaya məruz qalırlar. Ölkəni edam dalğası cənginə alır. O, atasının hakimiyyəti illərində sürgündən sağ qayıtmış birindən soruşur: “Siz orada neyləyirdiniz?” Qoca isə yaltaqcasına cavab verir: “Dua edirdik ki, atanız ölsün və onun yerinə hakimiyyətə siz gələsiniz”. Bu Qay Germanikin yadına düşəndə “Demək, mənim sürgün etdirdiklərim də mənim ölümümü arzulayır” düşünür və sürgündən gələnlərin hamısını qətlə yetirir. Bunlar artıq xalqı cana doydurmuşdu. Xüsusilə də zadəganlara, yüksək zümrə adamlarına çox zülmlər verdiyindən hamıda qısas hissi oyanmışdı. Deyilənə görə, o da Yuli Sezar kimi ölümqabağı yuxusunu qarışdırır. Nəhayət, o gün gəlib çatır və 24 yanvar 41-ci ildə hökmdar səhər yeməyinin ardınca teatra “Katullun” pyesinə baxmağa gedir. Yeraltı keçiddə sui-qəsdçilər onu dövrəyə alır. Onlardan biri “hoc age” (qurban verilən zaman deyilən formula) qışqırıb xəncəri boynunun ardına saplayır. Növbəti zərbə sinəsinə vurulur. Bundan sonra ölmüş imperatora otuza qədər zərbə endirilir. Bir qədər sonra evində arvadı Sezoniyanı doğrayırlar. Qızının isə başını divara vurub öldürürlər.
     

O, əsl qəhrəman, elm fədaisi, gözəl mühazirəçi və istedadlı yazıçı idi. Böyük İtalyan mütəfəkkiri Cordano Bruno hardan bilərdi ki, bir gün onu düşüncələrinə görə edam edəcəklər. Valideynləri onu yeniyetmə ikən monastıra vermişdilər. Lakin Cordano hələ uşaq yaşlarından başlayaraq biliyə böyük maraq göstərir, özünü ibadətə yox, elmə həsr edirdi. Bruno monastır başçılarından gizlin Nikolay Kopernikin kitabını oxuyur. Və başa düşür ki, dini dünyagörüş yalan və cəfəngiyyatdan başqa bir şey deyil. Onun haqqında monastır başçılarına dayanmadan çuğulluq etməyə başladılar və Bruno monastırdan qaçmalı oldu. Bundan sonra onun üçün təhlükəli, lakin parlaq və əsl gəncə layiq qaynar həyat başladı. Artıq sevdiyi İtaliyada yaşaya bilməzdi. Çünki katolik və protestant ruhaniləri alimi rahat yaşamağa və işləməyə qoymurdular. 

 16 il ərzində o, Fransa, İngiltərə, Almaniya və Çexiyada yaşamq məcburiyyətində qalır. Lakin vətəndən çox uzaq qala bilməyib, İtaliyaya qayıdır. Gəlişi ilə xainlər tərəfindən satılmağı eyni vaxta təsadüf edir. Kilsə məhkəməsinin əlinə keçir və səkkiz il dəhşətli işgəncələrlə məruz qalır. Lakin çəkdiyi ağrılar onu fikrindən döndərmir. Onunla bacara bilməyəcəyini görən kilsə məhkəməsi İtaliya və digər Avropa ölkələri üçün məşhur olan inkvizisiya (tonqalda yandırma) cəzasına məhkum edilir. Hətta onu tonqalda yandırmağa apararkən belə cəlladlara “siz hökmü oxuyarkən belə səsiniz əsir, mən isə tonqalda yanmağa getdiyim halda qorxmuram”, - deyir. O, 1600-cü ildə xalqın gözü qarşısında qanunsuz kilsə məhkəməsinin qərarı ilə tonqalda yandırılır. Sonralar Cordano Brunonun edam edildiyi yerdə, indiki Romanın Güllər meydanında alimə heykəl qoyulur.

    
Böyük Britaniyanın bu günə qədər məğlubiyyət nə olduğunu bilməyən hərbi qüdrətinin və müasir dünya parlamentar demokratiyasının banisi Oliver Kromvel də edama məhkum edilənlərdəndir. Lakin bu edam növü bircə ona tətbiq edilib və demək olar ki, ondan başqa heç kəs bu cür edam edilməyib. Muzdlu döyüşçü olan Kromvel Puritan dini tərbiyəsinə bütün ömrü boyu sadiq qalmış və qətiyyətlə bu dini prinsipləri ölkəsində tətbiq edib. İngiltərə parlamenti ilə I Karl arasında konflikt başlayanda bu Oliver Kromveli də narahat etmişdi. Beləliklə, parlament tərəfdarları ilə royalistlər (kral tərəfdarları) arasında vətəndaş müharibəsi (İngiltərə burjua inqilabı) başladı. Hakimiyyət uğrunda gedən qanlı döyüşlər zamanı hər iki tərəf  tam qələbə qazana bilmir. Lakin 10 iyul döyüşlərində kral I Karl məğlub olub ölkədən qaçır. Çox keçmir ki, Kromvelin əleyhinə olan parlament üzvləri kralla danışığa girirlər. Lakin bu Kromvelin məğlubiyyəti demək deyildi. O, Londona girib kralı həbs edir və məhkəmə qurub kral I Karlı xalqın gözü qarşısında edam edir. İngiltərədə krallıq ləğv edilir və respublika elan olunur (1649). Ancaq bu, daha çox hərbi diktatura idi. Bununla da Şotlandiya və İrlandıyanın işğalına başlanılır. Şotlandiyanı ram etdikdən sonra gözlənilmədən Kromvel ona təklif edilən krallıq taxtından imtina edib, özünü lord-profektor elan edir. Hakimiyyətdə çox qala bilməyən diktator Kromvel beş ildən sonra vəfat edir. Və əsas məsələ də elə bundan sonra başlayır. Vətəndaş müharibəsi zamanı edam edilən kral I Karlın fransaya qaçan oğlu II Karl İngiltərəyə qayıdıb kral seçilir. Atasını edam etdirən və özünün ölkədən didərgin düşməsinə səbəb olan Oliver Kromveldən qisas ala bilmədiyinə görə onun nəşini qəbrindən çıxartdırıb edam etdirir və edam edilmiş cəsədi isə yenidən basdırtdırır.

    
Ölümə getdiyin an hökmün qaldırıldığını eşitmək yenidən doğulmağa bərabər sevincdi. Ölümqabağı həyatı üzünə gülənlərdən biri də dahi rus mütəfəkkiri, rus ədəbiyyatının əfsanəsi dahi yazıçı Fyodor Dostoyevskidir. Bir o qədər də zəngin uşaqlıq yaşamayan yazıçı gənclik illərində yazdığı ilk romanı sayılan “Alçaldılmış və təhqir olunmuşlar”dan sonrakı romanlarında bir o qədər də uğur qazanmadığına görə yazıçılığı bir müddət buraxıb siyasətlə məşğul olur. Onu edama aparan yol da elə buradan başlayır. 1849-cu ildə adı dövlət əleyhinə sui-qəsdə qarışdığı iddiası ilə həbs edilir. Onun çevrilişə cəhd edən bir neçə insanla dostluq etdiyi məlum olur. Dostoyevski və qrupa daxil olan digər 20 nəfər petroşevskiçi həbs edilir və edama məhkum edilir. Dekabr ayının 22-də həmin qrupa daxil olan fəallarla birgə Fyodor da güllələnmək üçün Semyonevski sahəsinə aparılır. Güllənəcəyi zaman ölüm hökmü həbs cəzası ilə əvəzlənir və Dostoyevski ilə bərabər 8 yoldaşı həbs edilib sürgünə göndərilir. Cəzası dörd il kürək, altı il də adi həbsə çevrilir. Cəzasını çəkməsi üçün Sibirdə olan Omsk Həbsxanasına göndərilir. Burada keçirdiyi dörd ildən sonra ər rütbəsi ilə xidmətə verilir. Zabitliyə qədər yüksəlir. Beş il boyunca vəzifəsini yerinə yetirən Dostoyevski 1859-cu ildə azad edilir və Peterburqda yaşamağa başlayır. Bu da onun siyasətdən birdəfəlik ayrılmasına və ömrünün sonuna qədər yazıçılıqla məşğul olmasına səbəb olur.


... dəfə oxunub
Qiymət: 10/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
6+6=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0318 saniye