Hikmət ilahinin öz nurundan insanlara verdiyi paydır!
Bizim bildiklərimiz haqqında bilmədiklərimiz, bilmədiklərimiz haqqında bildiklərimizdən qat-qat çoxdur!
Elmə ağalıq etməsən, təbiətə köləlik etməli olacaqsan!
Bilik asan danışılan, yaxşı gizlədilən, paylaşdıqca çoxalan sərvətdir!
Bilik öyrədənlə, bilik öyrədənin ittifaqı ilahi ittifaqdır!
Axtardığını tapmaq, itirdiyini tapmaqdan daha çox sevinc gətitir!
Heyvanlar arasında vuruşmaq aclıqdan, insanla arasında vuruşmaq cəhalətdən yaranır!
Düşməni dost etmək istəyirsənsə, onun elminin artmasnın qayğısına qal!
İnsan elmdən nə qədər ac olsa, qarnı bir o qədər tox olar!
Atanın öz övladına ötürə bilməyəcəyi yeganə şey ağıldır!
Elm elə sərvətdir ki, o heç vaxt sahibinə məxsus olmur!
Düşüncədə hərəkətli, hərəkətdə təmkinli ol!
Bizim düşüncələrimiz tovuz quşu kimi rəngbərəng və cazibədardır və bütün təhlükə də buradan doğur!
Düşünmək idarə etməkdən çətin işdir. Ona görə də hökmdarlar heç vaxt öz əvəzinə idarə etməyi kiməsə həvalə etmir, amma bir qayda olaraq, öz əvəzinə düşünməyi həvəslə başqalarına tapşırır!
Düşünə-düşünə hərəkət et, hərəkət edə-edə düşün!
Düşüncələrin nəhəngləri yox, əməllərin nəhəngliyi insanı tarixə salır!
Düşüncələrdə insan öz-özü ilə, əməllərində başqaları ilə təmasda olur.
Dəlilər də düşünür, sadəcə, ağıllılardan fərqli olaraq rabitəsiz və qırıq-qırıq!
Uşaqlar müstəqil düşünə bilmədikləri üçün hər addımında sual verir, axmaqlar isə səhv düşündükləri üçün heç vaxt sual vermir!