Damdan Aşağı, Oteldən Yuxarı
Möhsün Mirvəlişli tərəfindən "Hekayə" bolməsinə 00:51 23 mart 2017 tarixində əlavə olunmuşdur

  Üzərindəki toxuma, qara gödəkcəni sürətlə çıxarıb, çarpayıya tulladı. Özü də içi leş iyi verən, köhnəlmiş ayaqqabılarını da geyinib pilləkənlərlə yuxarı qalxdı.

  Altıncı mərtəbə çatanda nömrənin qapısını açıq qoyduöunun fərqinə vardı. Normal insan geriyə dönərdi. O, geriyə baxmadan növbəti addımlarını atdı. Ömründə ilk dəfə normal insan olmadığı üçün özü ilə qürur duydu. 

  Budur - neçə vaxtdır görməyi planlaşdırdığı dam.

  Budur - iki aydan da az vaxta planlaşdırdığı ölüm.

                                                                        ***

  Hər şey "37-cilər Parkı"nda ən yaxın dostundan Veronikanın evləndiyini öyrənməsilə başladı. Dostunun sifətindəki "bacarırsansa, indi sev görüm?!..." ifadəsi onu 10 saniyəlik də olsa mövcud oluşdan iyrəndirirdi. İndi o, anası başda olmaqla həyatındakı bütün qadınları güllələməyi düşünürdü. Nəinki həyatına girmiş, bu parka gələrkən üzləşdiyi atasının iri arxalı məşuqəsi xanım Bonazze və onun bakirə olmayan 10 yaşlı balaca qızcığazını belə güllələyə bilərdi.

  Nifrət ağzındakı tüpürcəyə nüfuz etmişdi. "Likan" siqaretindən yandırdı. Dostu ilə sağollaşdı. 

  Evə çatanda təkcə lənətə gəlmiş Kafka`nın "Mühakimə"sini bitirməyi planlaşdırırdı. Artıq o da dünyadakı bütün bərabərsizlikləri yaradanların var-yoxunu qarşısına alıb, qayıracaq qədər cəsarətli idi. 

  Romanı dərhal bitirib, duş qəbul etmək bəhanəsi ilə hamama getdi. Gözünün qabağına romandakı paranormal hadisələr, xülyalar, K. gəldi. Üzünü qırxarkən 10 dəqiqə əvvəlki hər şeyi unutduğunu düşündü. İndi atası gələcəkdi. Mütləq o murdar Bonazze`nin qollarından ayrılıb, gəlirdi. "Ona da sıra gələcək!" deyib soyuq suyun altına girdi. Əsəb hüceyrələrinin üzəri buzla örtüldü. 

                                                                        ***

  Gündəlik xəbər qəzetləri, iri fotoaparatlı mediya işçiləri otelin qabağına topaşmışdılar. İntihar baş vermişdi. Şəhər adi hadisə kimi qəbul etdiyi ölüm yollarından biri ilə yenidən şahid olurdu. Heç kim nə baş verdiyini bilmirdi.

  Doğrudan, nə baş vermişdi?


... dəfə oxunub
Qiymət: 10/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
8+30=
Hesaba giriş
Müəllif

Möhsün Mirvəlişli
Haqqında
Möhsün Mirvəlişli (Böyük Zərdüşt) - 1998 -ci il, 16 avqust tarixində Bakıda doğulmuşdur. İlk orta-tam təhsilini Vaqif Mirzəliyev adına 281 nömrəli məktəbdə alıb. 2016-cı ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olub. Uşaqlıqdan oxuduğu kitabların təsiri onda daha böyük olmuşdur. Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı, Çexov, Qabriel Qarsia Markez, Viktor Hüqo kimi ədəbiyyat dühalarının təsiri onun yazılarında hiss olunur. Daha çox nəsr əsərləri yazır. Post-modernist axının nümayəndəsidir.
Əlaqə
E-mail:
mohsenmirvalishli16@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0269 saniye