Sənə masa ayıracam bir sabah,
And verəcəm, etirazın da günah
İki sözlə qısa kəsmə sən allah
Döz, cümlələrlə danışaq
Oturduğun yerdə boylan masadan,
Bir kəlmə də deməm dərddən, tasadan
Söhbətimiz qısa olsun qısadan,
Söz cümlələrlə danışaq
Sən içimdə çılğınlığın qənimi,
Görən deyir ağıllımı, dəlimi?!
Səni görcək topuq vuran dilimi
Çöz, cümlələrlə danışaq
Gerçək etsə tutduğum diləyimi,
Mən günəşə söykərəm kürəyimi
Qoy alışsın, yandırsın ürəyimi
Köz, cümlələrlə danışaq