darıxan şeirlər
Sən An tərəfindən "Şeir" bolməsinə 00:30 23 dekabr 2015 tarixində əlavə olunmuşdur

     ***

bir kimsə olmalıdır
darıxmağa
darıxanda zəng edib,
görüşünə qaçmağa.
bir bədən olmalıdır
qucaq-qucaq,
yorulanda hər şeydən,
üstünə atılmağa.
bir gecə olmalıdır 
yapışıb əllərindən 
gedəsən 
qaranlığı dağıtmağa.
bir günəş olmalıdır,
o adamın üzündə,
oyanasan hər sabah
yuxulu gözlərində.

*** 
uşaq evində uzanan yetim saçlarını 
kəsdirdirmişdin on səkkiz yaşında
tənhalaşmışdın 
böyümüşdün
kirayə mənzil də tutmuşdun
təkliyin çox səs-küy salanda otağında
bezmişdin
başqa bir səsli-küylü yerə köçmüşdün
darıxmaq küçəsində ağır qəza keçirdin
uşaqlığın toqquşmuşdu 
öləziyən ümidlərinlə
qış gəlmişdi soyuq idi
dağılmışdı qaranquş yuvası
gözlərinin pəncərəsində.

***

dənizin qış yuxusuna

qağayı hücum çəkirdi.

qonurdu sinəsinə balıq ovlayırdı

dənizin heç kimi qalmırdı

təkləşirdi

dənizin qış qucağına

bir insan atdı özünü

dəniz açdı gözünü

insan boğuldu

öldü

dəniz yasa batdı.

dənizin çiyinlərində

gəmilər yük daşıdı,

dəniz  yoruldu

qaçmaq istədi sahilə,

gördü ki sahilləri liman olub.

 

             ***

acılar cücərdikcə bədəndə,

tənhalığın rəngi bir az da soyuqlaşır.

qolların dərinliyə lağım atıb,

dizlərinlə qucaqlaşır .

 səssizlik divarından gələn nəfəs,

qarışır beynindəki haraylara.

sənsə baxırsan boşluğa

elə hey saatlarla.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+24=
Hesaba giriş
Müəllif

Sən An
Haqqında
küçədə oynayan uşaqların sevinci mənim kədərimə mane olur.
Əlaqə
Tel.:
055 626 01 77
E-mail:
sanan.safarov.1986@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.025 saniye