Darıxma
Telman Ümman Tircanli tərəfindən "Şeir" bolməsinə 23:11 11 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Mənim sənə deyilməmiş sözüm çox,
İmkan düşsə deyəcəyəm, darıxma.
Gözlə, gülüm, söz ünvana yetincə,
Qapınızı döyəcəyəm, darıxma. 

Ayağına gətirərdim dünyanı,
Gücüm yetməz, çiçəklərlə gələcəm.
Göz yaşların qabaqlasa zamanı,
Qəm eyləmə, özüm nəmin siləcəm. 

Gəlib sənə ürəyimin odunu,
Sevgi dolu bir dünyanı verəcəm.
Sən gəzdiyin yollara tər gülləri
Ona layiq olduğuncun sərəcəm.


... dəfə oxunub
Qiymət: 9/10(1000 səs)
[qiymət ver ]
Şərh yaz
6+9=
Hesaba giriş
Müəllif

Telman Ümman Tircanli
Haqqında
AJB-nin üzvü, şair - publisist, "Alabəzək dünya", "Sənə sözüm var", "Qızıl xəzinə", "Ünvanı bəlli sevgi", "Sözün zirvəsinə doğru", "Bir gün görüşərik", "Kaş yanımda olaydın" kitablarının, onlarla məqalə müəllifi, 30-dan çox kitabın redaktorudur
Əlaqə
E-mail:
telman.ramazanov.57@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0207 saniye