Darıxmaq
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 22:58 26 may 2023 tarixində əlavə olunmuşdur

Hər addımda mənimlə

yanaşı addımlayır

Səssizcə və aramla

neçə-neçə darıxmaq.

Sevgi sonsuz olanda,

Hədəfin isə yolsuz,

ağır olur çarəsiz,

zamansız, fasiləsiz

gündüz-gecə darıxmaq...

 

Hərdən yollara düşmək,

məsafələrlə ölçmək

həsrətin ölçüsünü,

Sən olmayan yerləri

ünvansızca dolaşmaq,

dalan-dalan darıxmaq

küçə-küçə darıxmaq...

 

Yol çarə olmayanda

diqqəti vaxta vermək,

sonunda isə görmək

saatın da fərqi yox,

beşdən-beşə darıxmaq,

üçdən-üçə darıxmaq...

 

Hərdən də çılğınlığın

vurmaq lap dibinəcən,

hər şeyi alıb gözə

yaşadığın küçədən

keçə-keçə darıxmaq...

 

Yaddaşımı bilirsən,

bərbad olub əzəldən.

Bəlkə xatırladasan,

səni son gördüyüm gün

görən, eradan əvvəl

neçənci əsr idi?

Həsrətimi ovutmur

ən dərin təsəllilər

Səni incitməməkçün

özümü zəncirləyib

həsrətin içindəki

bütün çərçivələri,

hədləri aşmışam mən,

hər cür darıxmışam mən…

De mənə, daha başqa

olur necə darıxmaq?!


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+21=
Hesaba giriş
Müəllif

Mirzə Lazım
Haqqında
Bir gün bütün balıqların günəşə qovuşması diləyi ilə...
Əlaqə
E-mail:
mirzelazim@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0307 saniye