DARIXMIŞAM SƏNİNÇÜN HƏMDƏ BİLİRSƏN NECƏ
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 15:45 14 avqust 2019 tarixində əlavə olunmuşdur

 

Günlər kəsilib qənim,dəqiqələr sıxıcı,

Ötüb kəçən illərim minət dolu ,qaxınclı

Birtəhərəm qadası ,sənsiz həyat gülüncdü,

Saatlar ötür aram,saatlar gedir heçə,

Darıxmışam sənincün,həmdə bilirsən necə.?

 

Gündüzlər baş qatıram aldadıram özümü,

İlahidən istədim,dəyanəti dözümü,

Ağ kağıza yazaraq qəlbimdəki sözümü,

Pünhanca saxlayıram özlüyümdə gizlicə

Darıxmışam sənincün,həmdə bilirsən necə.?

 

Sən sinəmdə çırpınan ürəyimsən ürəyim,

Arzu dolu diləksən,bu ömrümə gərəyim,

Qurban edim canımı, uğurunda öləyim,

Həyat sənsiz bənzəyir,mənim üçün bax heçə ,

Darıxmışam sənincün,həmdə bilirsən necə.?

 

Şəkillərə baxıram ,rəsmin mənə xatirə,

Kaş ki rüzgar küləyi,səni alıb gətirə,

Rəbbim möcüzə edə,həsrətini bitirə,

Vüsalını dadam mən,duyam səni bu gecə,

Darıxmışam sənincün,həmdə bilirsən necə.?

 

Günlər tez ötüb keçir,həyat keçir aramca,

Dar gəlir sənsiz həyat,dar gəlir həyat baca.

Seymuru yadına sal,insafın olsun azca,

Dərmanım vüsalındır,həsrətin qalıb bircə,

Darıxmışam sənincün,həmdə bilirsən necə.?

 

SÖZ:SEYMUR SÖNMƏZ PAŞAYEV


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+21=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0299 saniye