De sevərsənmi
Telman Ümman Tircanli tərəfindən "Şeir" bolməsinə 11:32 16 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Çox sevsəm də, yağış səni,
Durub - durub yağma, bəsdi.
Bulud, sən də çəkil daha,
qaşqabağı yığma, bəsdi. 

Pəncərəmdə gilə - gilə
iz qoyursan naxışları.
Üşüdürsən, soyudursan
İsti baxan baxışları. 

Mən sevdiyim sevməyirsə,
Yağış necə sevim səni?
Yağırsan yağ, dözəcəyəm,
Gətirmə o duman - çəni. 

Dedim, gülüm xatirimə
Sevərsənmi sən yağışı?
Dedi, sənin xatirinə
Sevərəm lap boran - qışı


... dəfə oxunub
Qiymət: 9/10(1003 səs)
[qiymət ver ]
Şərh yaz
8+6=
Hesaba giriş
Müəllif

Telman Ümman Tircanli
Haqqında
AJB-nin üzvü, şair - publisist, "Alabəzək dünya", "Sənə sözüm var", "Qızıl xəzinə", "Ünvanı bəlli sevgi", "Sözün zirvəsinə doğru", "Bir gün görüşərik", "Kaş yanımda olaydın" kitablarının, onlarla məqalə müəllifi, 30-dan çox kitabın redaktorudur
Əlaqə
E-mail:
telman.ramazanov.57@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0305 saniye