DƏCCAL VLAPUT
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 09:02 20 sentyabr 2014 tarixində əlavə olunmuşdur

Bəşər  övladına zülm  etmək,  günahsızların iztirablarından  zövq almaq,  fitnə -  fəsad  yaratmaq,  günahsız  yerə qanlar axıtmaq onun  “həyat amalına” çevrilmişdi. Ruhu doğuşdan ölmüş,  aglı  şeytana  biyət  etmiş,  cismi  isə çirkinliklərlə  dolu biri  idi.  Gözlərinin  dərinliklərində   iblisə  olan  sonsuz  sevgisini  üzündən  oxumaq  olardı.   Çox  şey  onun  iqtidara  gəlişindən  sonra  dəyişdi.  Şeytana  olan  sonsuz  sevgisi  onu,  dəccala  çevirmişdi. Sanki  bu  varlıq, şeytanların  yolunu  açmaq  üçün gələn  bir  varlıq  idi.  Sönük ,  yaşıla  çalar   gözləri,  çox  eybəcər  bir  rəngə  bənzər  sifəti  insan övladı  üçün  yalnız  ağır,  üzücü bir  ovqat  yaradırdı.  Həyatın şərtləri  onun  və  ətrafındakı  xeyli  manqurd  sifətli  varlıqların  sahəsində  çətinləşmişdir .  Hədəfləri çox,  istəkləri  böyük idi.  Getdikcə  dünyanın hər  tərəfinə  səpələnir,  olduqları  yerdə  nifaq  yaradır,  Adəm övladı  üçün  böyük  fəlakətlərə  çevrilirdilər.

   Vlaput   iqtidarı böyük təhlükələrdən xəbər  verirdi.  Özünə  dost  seçdiyi  şeytanların  “zəfəri” üçün  əlindən gələni  əsirgəmirdi.   Vlaput  bəşər  övladının xoşbəxtliyinə  son qoymağı “planının”  tərkibinə daxil etdi.  Onun oyununa düşmək   və  onunla  oynamaq əcələ   könüllü təslim  olmaq  idi. Nə zaman,  necə  və  harada  həmlə  edəcəyi  bəlli  olmazdı.

  İqtidarının  ilk  illərində  Vlaput  ətrafına  quldur ,  zalım,  məxluqlar  topladı.  Onların yaxşı  bəslənməsi  üçün  xəzinəsinin  ağzını  gen-bol  açdı. Üzdə  özünü  “vətənpərvər”  kimi  göstərməyə çalışsa  da,  onun   məqsədi  tamam  başqa  idi . Öncə  digər  ölkələri, digər millətləri sıradan  çıxarmaq,  ətrafındakı  quldur  və  amansız  dəstələrin sayını  artırmaq,  ən  sonda  isə  öz  “milləti”  ilə haqq-hesab  çəkmək , beləliklə  də,  iblisin gəlişini  “möhtəşəm”  qeyd  etmək.  Kainat   insanı Yaradanın  hökmü  ilə  yer  üzünə  xəlq  ediləndən  çox  alçaq   görmüş,  fəqət,  Vlaput  kimi  dəccala  heç  rast  gəlməmişdir.  Əslində  Vlaputun  hansı  millətə  məxsus  olması  da,  genış  müzakirə  predmeti  idi.  Mənşəyi  və  mənbəyi  bəlli  olmayan  bir  məhsula  bənzəyirdi  bu  eybəcər varlıq.  Bir  zamanlar  qırmızı  pencək  və  yaşıl şalvarla Avropada  gəzib-dolanan,  ara-sıra  şeytan  məclislərinə yardım edən  bu  yaramaz , öz  iyrənc  əməlləri  ilə onların gözünə girə bilmişdi. Şeytanların  dostu yalnız  bu  adam  ola  bilərdi və  oldu  da...

    Vlaputun  “qırmızı   saray”  dakı  ilk  fəaliyyəti  zülmlə başladı.  Hədəfdə  ilk  olaraq  etnik  münaqişələr,  xırda ərazi  iddiaları,  silah-sursat  ticarəti  vardı.  Bütün  xəyanətlər  kiçik  inciklikdən başlar  və  bu  xırdalıqlar  fərqinə  varmadan  artar və  özündən  min  dəfə  böyük  fəlakətlərin  təməlini  qoyar.  Məhz  bu  idi,  şeytanların  Vlaputda  görmək  istədikləri.  Vlaput   bir  şeytan əsəri idi.   Onun  qərarları,  çıxardığı  hökmlər   yalnız şərə xidmət edirdi. Əsil   vətənpərvərlər, ziyalılar sıradan  çıxarılmalı  və  qısa  zamanda məhv  edilməli  idi.  Eynən  bir  zamanlar  Sicilya  mafiyasının  etdiyi  üsullar  kimi.  Öldürmək,  qətl  etmək  Vlaput   üçün gündəlik yaşam tərzinə çevrilmişdi.  Kimyəvi üsullarla,   son  texnalogiya  ilə  hazırlanan  səssiz  silahlarla,  ölüm  saçan  zəhərli  hava  tozları  ilə  öldürülürdü,  ona  qarşı  mübarizə  aparanlar.  Dəccal Vlaput  rahat  ölümü  belə  onlara  çox  görürdü. Onun  bəslədiyi  quldur  dəstəsindən  qeyri  kimsə  normal  həyat  sürə  bilməzdi.  ”Qırmızı saray”  ağası  ölkəsi  üçün  faciə,  qonşu  dövlətlər  üçün  fəlakət ,  ”müttəfiqləri” üçün  bir  baş  bəlası  idi.

  Hələ  ki,  Vlaputun  "zəfər  çağı " hökm  sürür. İçində  baş  qaldıran təkəbbürün  onu  necə  bir  cəhənnəmə  sürüklədiyindən  bixəbərdir. Bu,  gözləri  sönük, sifəti  iyrənc  məxluq,  mənəvi atası  şeytana  elə  bir  sarılıb  ki,  hətta  həyatın  onun  üçün   keçici olduğunu  belə  unudub.   Qətliamlara,  amansız cinayətlərə  yalnız qorxaqlar  əl  atar. Vlaputun   "əməllərinə"   baxarkən  bu  qənaətə  varmaq  olur:   Qorxağın  özünü  təsdiq  etmə  cəhdi.  Ah, zavallı  Vlaput,   unutma Allah  sənin  mənəvi  atan  iblisdən daha  yüksəkdə  qərar  tutub.  Mütləq  dönüş  Onadır!..


... dəfə oxunub
Qiymət: 9/10(14 səs)
[qiymət ver ]
Şərh yaz
9+15=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.031 saniye