Dedik, görüşməyək ayrılsaq, bir də...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 21:49 29 noyabr 2016 tarixində əlavə olunmuşdur

Dedik,görüşməyək ayrılsaq,bir də,
Unudaq möhnəti,kədəri,dərdi.
Ayrıldıq bir daha qovuşmaq üçün
Xəyalda,arzuda daim,əbədi.
***
Tənhayam,tənhalıq bezdirmir məni.
Sənsiz günlərimin təsəllisini,
Sənli günlərimin xatirəsini,
Qəlbimdə yaşatmaq sənə görədi.
***
Son görüş,son vida çoxdan olubdu,
Arzular,ümidlər gültək solubdu.
Sənin körpələrin yaşa dolubdu,
Mən tənha qalmışam,tale belədi.
***
Ayrıldıq yolumuz üzü kədərə,
Ayrıldıq, göz yaşım döndü sellərə.
Ayrıldıq,sevgimiz düşdü dillərə,
Sənsizlik ömrümə səbir dilədi

18.08.2014.Zərdabi.Mövlud Ağamməd.

 


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
3+23=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.027 saniye