Dedim: "Ey yar..."
Elnur Soltanoglu tərəfindən "Şeir" bolməsinə 14:47 15 yanvar 2015 tarixində əlavə olunmuşdur

Dedim: "Ey yar, məni gəl eşqə giriftar eləmə"

Dedi: "Sevgim ilə sən qəlbini qəmxar eləmə"

 

Dedim: "Yox səbrü-qərar sevgidə çəkmə sınağa"

Dedi: "Bülbül sayağı bəsdir, ahu-zar eləmə"

 

Dedim: "Sevgin məni öldürsə, günahkar sənsən"

Dedi: "Öz yarını sən çalış, günahkar eləmə"

 

Dedim: "Bircə dəfə sən mehman olub yanıma gəl"

Dedi: "Bu xam xəyalı zehnidə bidar eləmə"

 

Dedim: "Bu eşqi Cinan dillərə dastan edəcək"

Dedi: "Nəzərə gələr sevgimiz, aşkar eləmə"


... dəfə oxunub
Qiymət: 9/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
1+9=
Hesaba giriş
Müəllif

Elnur Soltanoglu
Haqqında
Elnur Soltanoğlu Qubadov. Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsinin məzunu. Sözlər insanın daxili aləminin təzahürü, insanlıq meyarının göstəricisidir. Sözə dəyər verməliyik ki, insan olduğumuzu da unutmayaq!!!
Əlaqə
E-mail:
soltanoglu1990@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0274 saniye