*****DEDİM,UNUTMUSAN ...
Dedim,unutmusan keçən günləri,
Gözlərimə baxdı,güldü gözləri.
Dedim,neşə vaxtdır görüşmürük biz?
Dedi,ayrıdır ki dərd-qəmimiz.
Dedim,gəl görüşə bu yay axşmı,
Nə vaxt yandırarsan_dedi_ağ şamı.
Bir də bu söhbətin yoxdur mənası,
Dedi,sağalmazdır sevgi yarası.
25.08.1982.Zərdabi.(Mövlud Ağamməd)