Dedin
(Aərbaycanın Milli Qəhrəmanı M.İbrahimovun xatirəsinə)
Vətən sənə oğul dedi
Sən vətənə ana dedin.
Uğurunda candan keçdin,
Düşmən batsın qana dedin.
***
Gecə keçdi,söküldü dan,
Verdin Vətən yolunda can.
Yaşa,yaşa,Azərbaycan,
Canım qurban sana dedin.
***
Xocalı qisasın aldın,
Laçına yetdi harayın.
Son məktubdur yadigarın,
Oxu,əziz ana,dedin.
***
Şəhid oldun sən ki əlbət,
Ürəyində var məhəbbət.
Düşmənlərə edin nifrət
Bunu yana-yana dedin.
***
19.04.2013Zərdabi.(Mövlud Ağamməd)