Dəli it kimi məhv edilməli insanlar
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 20:07 18 noyabr 2015 tarixində əlavə olunmuşdur

Terakt sonrası ilk dəfə olaraq evdən çıxdım. Uzaqdan diqqəti cəlb edən insan mənzərəsi vardı. Yaxınlaşdım.

-Lənətəgəlmiş terrorçular!-yazıq qadın isterika içində qışqırdı.-Bu ağılsızlıqdır! Yox, daha artığı, qaniçən heyvanlardır! Onlar dəli itlər kimi məhv edilməlidir!

-Amma onlar səni məhv edəcəklər!-bozsaçlı adam etiraz etdi.-Axı niyə heç kim terrorizmin səbəblərini düşünmək istəmir? Axı niyə terrorçu həm öz həyatına, həm də digərlərinin həyatına sui-qəsd təşkil edir?

-Nəyi ətraflı şəkildə düşünmək? Ehtiyac da yoxdur! Onları məhv etmək üçün düşünməyə ehtiyac yoxdur!

-İstənilən “güc bəhsi” heç bir nəticə vermir.-bozsaçlı kişi qışqırdı.-Hakimiyyət problemi silah gücünə həll edirsə, terrorizm həmişə olacaq. Həmişə “alçaldılmış və təhqir edilmiş” insanlar tapılacaq, həyatları naminə ədaləti qurban edəcək incik cəmiyyət həmişə var olacaq. İstənilən terror aktı-qisas aktıdır. Heç bir cəza şəri kökündən kəsə bilməz. Münaqişələri silah gücünə həll etmək olmaz, bu-nifrət qazandırır. Qisas-zorakılığa zəncirvari reaksiyadır. Onu dayandırmaq mümkün deyil. Zorakılıq şiddət doğurur-köhnə həqiqətdir, lakin heç kimə öyrədilməyib.

-Şəri kökündən məhv etmək lazımdır, vəssəlam!-qadınla birgə digər insanlar da acıqlı səslə qışqırdılar.

-Başa düşün: Terrorizm dayandırıla bilməz! Və ondan qorunmaq da mümkün deyil. Silahla hər şey yandırıla və partlayışa səbəb ola bilər,-sükutla davam etdi.-Terrorizm zorakılıqla idarə olunan siyasətin axmaqlığının nəticəsidir. Bu güc həmişə ədalətsiz hərəkətlərlə terrora səbəb verir.

-Sadə insanlar həmişə hakimiyyətin səhvlərinin bədəlini ödəməyə məhkumdurlar,-mən fikrimi bildirdim.-Terrorçular bəlkə də ən vicdanlı kəslərdirlər. Onlar elan etdiklərini yerinə yetirirlər.

-Bu axmaqlıqdır!-yaşlı qadın acıqlandı.

-Amma ola bilər ki, onlar müqavilə təklif edirlər, heç kim eşitmək istəmir,-fikir bildirdim.

-Pisliklər! Onlarla danışıqlara girmək üçün heç bir səbəb yoxdur, dəli itlər kimi məhv edilməlidirlər!-insanlar yekdil şəkildə etiraz etdilər.

“Onlar başa düşmürlər! Başa düşmək istəmirlər! Onlara düşmən lazımdır, siyasətin bəhanəsi üçün günah keçisi lazımdır!”

-Terrorizmə son qoymaq üçün güc tətbiq olunmamalıdır! Bu, pozulmuş ədalət problemidir. Terror-dəlilləri nəzərə alınmayan son çarədir. Dünən, hansı ölkə olduğunu xatırlamıram, parlament binası 3 terrorçunun hücumlarına məruz qaldı. Nəticədə parlament sədri, onun müavini və bir neçə millət vəkili öldürüldü. Terrorçular keçmiş müəllim, keçmiş jurnalist, keçmiş cangüdən idilər. Yox, onlar hazırki hakimiyyəti devirmək istəmirdilər. Onlar canlı yayım tələb edirdilər ki, insanların vəziyyətlərinə diqqət çəksinlər,-bozsaçlı kişi son sözləri deyib əsası ilə uzaqlaşmağa başladı.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+6=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0332 saniye