Dəli
Sən An tərəfindən "Esse" bolməsinə 12:42 12 may 2014 tarixində əlavə olunmuşdur

                              ‘’Dəli’’

Bəli mən dəliyəm.Məni hamı tanıyır,mən bu yazının qəhrəmanı və obrazıyam.Mən olmasaydım bu yazı da yazılmazdı.Mən təkəm.Mən özüm-özümlə münasibət qurmuşam.Mənim dostum da sevgilim də elə mən özüməm.Mən həm qadınam,həm də kişi.Dəli olmaq qadına və kişiyə baxmır axı.Mənim üçün dünya yoxdur.Mənim dünyam mən özüməm.Bilirsiz niyə? Dünyada altı milyarddan çox insan var.Müxtəlif millətlər, müxtəlif mentalitetlər, müxtəlif dövlətlər, müxtəlif qanunlar, müxtəlif dinlər,dillər.Bu müxtəlif və fərqliliklərin hamısı bir kürədədir.Başqa kürələrdə deyil.Bu bütöv olan kürəni biz “ağıllı” insanlar parçalamışıq-acından ölən Afrikaya,hegemonluğunu göstərən Amerikaya,bütün dünyaya mədəniyyət nümayiş etdirməyə çalışan Avropaya, geridə qalan Asiyaya və s.Amma məncə elə ən yaxşısı Antarktidadir.Orada insan yoxdur,problem də yoxdur.Deyəcəksiz Antarktidanın nəyi yaxşıdır ki, hər yer buz, soyuq. O qədər isti iqlimlərdə yaşayan insanlar var ki, qəlbləri buz tutub, həyatları donub.Amma  mən dəli olmağıma baxmayaraq  bilirəm ki ,pinqvinlərdə olan isti sevgi biz insanlarda yoxdur.Ən azından onlar uşaq evlərinə getmirlər.Yaxşı ki, bu materikdə insan yoxdur.İnsan  olsa ev tikmək istəyəcək, torpaq almaq istəyəcək, özünə var dövlət yığmaq istəyəcək,öləndə də kəfəninə “cib” tikdirmək istəyəcək.Silah istehsal edəcək, bu silahla insanları qırmaq istəyəcək.Sonra da dünyaya sülh!sülh! deyərək bağıracaq!. Cildi insan daxili iblis olan varlıqdır insan.

Bütovəm,heç nəyi bölmürəm,parçalanmağı sevmirəm.

Dilim də yoxdur, heç bir xarici dil bilmirəm.Cəmi iki dil bilirəm-doğru və yalan. Bu dünyanın adamı deyiləm. Dünya günəş ətrafında fırlanır,mən amma nəyinsə ətrafında fırlanmaq istəmirəm,fırlansam başım gicəllənək.Mən dayanaraq hərəkətdə olanlardanam.Bir nöqtəyə baxıram,o nöqtədə bütün fikirlərimi cəmləyirəm.Belə bir vəziyyətdə mənimlə dost olmağa istəyənlər peyda olur.Bunlar mənim hallusinasiyalarım,paranoyalarım,fobiyalarımdır. Bir az onlarla söhbətləşirəm və hardasa rahatlıq tapıram.

Mən qeyb olub yoxluğa çəkilmək istəyirəm. Amma iblis insanlar mənə imkan vermir. Tutub salırlar məni dəlixanaya.Əynimə da ağ paltar qoluma da zəncir.Bu dünya özü elə dəlixanadır da.Nəyə lazımdır ki,dəlixana”nın içində dəlixana tikmək.Bu sözləri deyən kimi iynə vurub məni yuxuya verirlər. Mən getdim yatmağa.Sabah iynənin “kayf”ı gedən kimi ayılacam,amma bilirəm ki mənim öz”kayf”ım həmişə öz yerində olacaq.


... dəfə oxunub
Qiymət: 7/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
9+9=
Hesaba giriş
Müəllif

Sən An
Haqqında
küçədə oynayan uşaqların sevinci mənim kədərimə mane olur.
Əlaqə
Tel.:
055 626 01 77
E-mail:
sanan.safarov.1986@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0299 saniye