Dəlilik dənizi
Peykər İbrahimova tərəfindən "Şeir" bolməsinə 18:19 02 avqust 2013 tarixində əlavə olunmuşdur

Dəniz gəzintisinə hazır dayanıb gəmi,
Saat başı hərəkət edir,ancaq gəzintiyə üç-dörd nəfər var cəmi
Heç təəccüblü deyil  bu hal.kim çıxar “Dəlilik dənizi”nə səyahətə
Eləcə çıxmaq olmaz gəzintiyə ,səyahətdən əvvəl geyməlisən ağıllılıq paltarı
Kimsə düşsə suya ,yox bir adam xilaskar ola.
Nəhayət,gəmi düşür yola.
Kapitan salamlayır hamını.
“Xoş gəldiniz gəmiyə.”Başlayır gəzinti beləcə. 
Ən sonuncu oturacaqda əyləşib qızla oğlan.
Maraqlı sözündən ibarətdir səyahət onlar üçün.
Sonrakı iki sırada əyləşib qadın ,bir kişi var ondan əvvəldə
Lap qabaqda,ön sırada bir qoca
Gözləri elə zillənib dənizə,qulaqları onu çağıran dalğada.
Hər kəs öz dünyasında,öz xəyalında.
Xəyallar orkestrına dəniz dirijorluq edir.
Qoca nəzər salır ətrafa .Hərə öz dünyasında.gəmi də  xeyli uzaqlaşıb sahildən
Kişi canını qurtarır “ağıllılıq geyimi”ndən
Kayutdan qaçaraq çıxır,onun arxasınca bütün gəmi sakinləri
Qoca dayanır bir addımlıqda dənizlə gəmi arasında
Kaptan qışqırır ”Nolub ay qoca ?!Bilirsən nolacaq tullansan dənizə
Sən ki,qocasan,müdriksən.Olmalısan bizə nümunə.”
Kişi qəzəblənir bu sözlərə
“Müdrik ?! Bəsdir daha,müdriklik yaşda deyil,yaşamda!
Mən bu qədər ağıllı oldum,bundan sonra dəli olmaq istəyirəm”
Sözləri səssizlik,qocanı dəniz həbs edir.
Heç kəs xilaskarlığa cəhd etmir.Axı ora “Dəlilik dənizidir”.
Gəmi vaxtından tez qayıdır sahilə.O gündən sonra heç kəs çıxmır dənizə səyahətə


... dəfə oxunub
Qiymət: 4/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
5+24=
Hesaba giriş
Müəllif

Peykər İbrahimova
Haqqında
Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsində təhsil almışam. Yazıram,çünki,yazmaq-bütün dünyanı,problemləri arxada qoymaqdır.Yazıram çünki,hərf,söz və cümlələrdən ibarət bir dünya daha maraqlı görünür.
Əlaqə
E-mail:
peyker@ymail.com
Sosial şəbəkə:
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0238 saniye