Demavtot sistem
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 22:47 02 noyabr 2014 tarixində əlavə olunmuşdur

XX - əsr  müasir  siyasətşünaslıq  elminin  ataları  hesab  olunan  Qabriel  Almond  və  Sidney  Verbanın  fikirlərinə  əsasən   çağdaş  dünyada  üç  siyasi  idarəetmə  sistemi  mövcuddur.  1. Demokratiya, 2. Avtoritarizm. 3. Totalitar  sistem. Hələlik dünya  siyasi  arenasında  dördüncü  idarəetmə sistemi  rəsmi  qaydada  elan  edilməsə  də, qeyri - rəsmi bu, yeni  sistemin  işırtıları  görünməkdədir. Lakin bu, dördüncü  sistemin  adı  bəlli  deyil. Məsələn, indi  İraqda, Suriyada  hansı  idarəetmə  sisteminin  mövcudluğu  bəlli  olmadığından  kimsə  oradakı  siyasi  sistemə  bir  ad  qoya  bilmir. Uzun  zamandan  bəri, çox  düşündüm  və  bu  qənaətə  vardım  ki, ən  münasib olanı  Demavtot  sistem  adı  verməkdir, bəzi  ölkələrdəki  siyasi  idarəetmə  sisteminə. Bir  az  demokratiya, orta  dərəcədə  avtoritarizm, böyük  həcmdə  totalitar  sistem və  bunların  qarışığından  alınan  demavtot  bir  idarəetmə  üsulu...

Dünyada  mütləq  bir  demokratiyanın  hökm  sürdüyü  ölkələrin  mövcudluğu bir  az  Savalan  babanın  nağıllarını xatırladır. Orta  vəziyyətdə  olan  demokratik  məmləkətlər  dedikdə, ilk  ağıla  gələn isə,  ABŞ  və  Avropadır. Niyə  məhz oralar?  Şərqdə  demokratiya  ola  bilməzmi? Onları  bizdən  üstün  tutan  nədir axı? Bu məsələrə və  bu qəbildən  olan  suallara  cavablar  fərqli, fikirlər  müxtəlif  olduğundan sadəcə  subyektiv  yanaşmamı qeyd  etmək istərdim. Qərblə  Şərqin  demokratiyaya  yanaşma  tərzində fərqlilik  özünü  əsasən  üç  məsələdə  daha  çox biruzə  verir. Sərvətə, mənsəbə, şöhrətə  olan  düşgünlük, güzəştə  gedə bilməmək, təhsilə küsgünlük, qiraətə diqqətsizlik...

Şərqlidə  fitnəyə getmə hissləri daha  böyükdür. Bunları  keçmiş tarix  səhifələrini vərəqlədikcə  aydın  görmək  olur. Müzəffər İslam  ordularının, əzəmətli  Şərq  İmperiyalarının  bir - birlərinə  qarşı  qoyulması məhz  çirkin  fitnə - fəsadların hesabına  gerçəkləşmədimi? Aradan  əsrlər  keçsə  də, yenə  eyni  mənzərə hökm  sürməkdədir. Ölümün  ucuzlaşdığı, vandalizmin   artığı  bir  nöqtəyə  gəlmişik. Televiziyanı  diqqətlə  seyr edin, radiolara qulaq  verin, elektron xəbər  portallarına  baxın. Ən çox qulaqlarımızı  dəlib deşən  sözlər nədir? Öldü, öldürdü, baş  kəsdi, intihar etdi, qəzada  həyatını  itirdi və.s. Bütün bu, ağrı və acılardan sonra bizi ovunduran gecə diziləri və ucuz şoular...

  


... dəfə oxunub
Qiymət: 9/10(13 səs)
[qiymət ver ]
Şərh yaz
3+17=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0262 saniye