Demə sevgidədir....
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 21:41 18 mart 2016 tarixində əlavə olunmuşdur

Demə sevgidədir....

Demə sevgidədir gücün,qüdrətin,
Məhəbbət arxadır sənin ömrünə.
Həyatda şan-şöhrət nədir,bilmədin,
Bunları bilirəm sən deməsən də.
****
İlk dəfə sevdiyin o gözəl dilbər,
İnandı səndəki əhdə,ilqara.
Gözlədi yolunu,səndən yox xəbər,
Onu tərk elədin,de,getdin hara?
***
Eşqə xəyanətə cəza böyükdür,
Sevgi məhkəməsi qurulsa əgər.
İndi ürəyinin odu sönükdür,
Yandıra bilməzsən,çalışsan əgər.
****
Çalış,bircə dəfə sev saf ürəklə,
Qəlbində xəyanət yuva salmasın.
Ömrünü şən keçir arzu,diləklə,
Kədər heç vaxt sənə nəsib olmasın.

28.04.1982.Sumqayıt.Mövlud Ağamməd


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
6+10=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0439 saniye