Demədinmi
Telman Ümman Tircanli tərəfindən "Şeir" bolməsinə 16:04 13 dekabr 2015 tarixində əlavə olunmuşdur

Gözlərim axtarır intizar ilə,
Hanı ürəyimi ovlayan gözəl.
Gah mənə "hə" dedi, gah da "yox" dedi,
Sadəlövh aşiqi tovlayan gözəl. 

Bəlkə unutmusan dediyin sözü,
"Səninəm əbədi", sən demədinmi?
Aləm dəyişsə də, dünya qopsa da,
"Səninəm əbədi mən" demədinmi? 

Mən də inanmışdım şirin dilinə,
Özümü bəxtəvər aşiq sanırdım.
Pərvanə şam üçün yandığı kimi,
Əfsus ki, səninçün mən də yanmışdım.


... dəfə oxunub
Qiymət: 10/10(859 səs)
[qiymət ver ]
Şərh yaz
6+34=
Hesaba giriş
Müəllif

Telman Ümman Tircanli
Haqqında
AJB-nin üzvü, şair - publisist, "Alabəzək dünya", "Sənə sözüm var", "Qızıl xəzinə", "Ünvanı bəlli sevgi", "Sözün zirvəsinə doğru", "Bir gün görüşərik", "Kaş yanımda olaydın" kitablarının, onlarla məqalə müəllifi, 30-dan çox kitabın redaktorudur
Əlaqə
E-mail:
telman.ramazanov.57@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0349 saniye